Sabah Azərbaycan və Özbəkistan universitetləri Xankəndidə toplaşır.
Modern.az xəbər verir ki, oktyabrın 16-da Qarabağ Universitetində Azərbaycan və Özbəkistan ali təhsil müəssisələrinin iştirakı ilə forum keçiriləcək.
Forum çərçivəsində hər iki ölkənin universitetləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə bir sıra memorandumların imzalanması nəzərdə tutulur.
Tədbirin əsas məqsədi Azərbaycan və Özbəkistan arasında ali təhsil sahəsində əlaqələri gücləndirmək, universitetlər arasında birgə elmi-tədqiqat fəaliyyətini təşviq etmək, tələbə və müəllim mübadiləsini genişləndirmək, eləcə də akademik mobillik üçün yeni imkanlar yaratmaqdır.
İki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşməsi qarşılıqlı təcrübə mübadiləsi baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycan universitetləri Özbəkistanın ali təhsil müəssisələri ilə birgə layihələr həyata keçirmək, ortaq elmi araşdırmalar aparmaq və tədris sahəsində innovativ yanaşmaları bölüşmək imkanları əldə edə bilərlər.
Eyni zamanda, Özbəkistan universitetlərinin təhsil və elmi-tədqiqat sahəsindəki təcrübəsindən yararlanmaq, hər iki ölkənin akademik potensialını birləşdirmək və birgə təhsil proqramlarının hazırlanmasına şərait yaratmaq əməkdaşlığın perspektivli istiqamətləri sırasındadır.
Qeyd edək ki, Azərbaycan və Özbəkistan universitetləri arasında təhsil, elmi-tədqiqat və akademik mobillik sahələrində əməkdaşlığın inkişafı məqsədilə indiyədək müxtəlif anlaşma memorandumları imzalanıb.
Azərbaycan və Özbəkistan universitetləri Xankəndidə toplaşır
7015.10.2026 - 11:35

