Təhsil 365 - Logo Mobile

LDU-da strateji hədəflər müzakirə olunub

9115.10.2026 - 14:07
LDU-da strateji hədəflər müzakirə olunub

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetinin (LDU) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında etdiyi proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələrin müzakirəsinə və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin əzəmətli sədaları ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyi uğrunda canlarından keçmiş müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Lənkəran Rayon Təşkilatının sədri İqbal Əmənullayev Prezident İlham Əliyevin qurultaydakı tarixi çıxışının əhəmiyyətini vurğulayaraq, müəyyənləşdirilən hədəflərin ölkənin inkişaf dinamikasına verəcəyi töhfələrdən bəhs edib. Qeyd edib ki, YAP sədri cənab İlham Əliyev qurultaydakı çıxışında müasir gəncliyin informasiya təxribatlarından qorunmasında və güclü dövlətçilik təfəkkürünün formalaşmasında müasir təhsilin rolunu önə çəkərək bildirib ki,  təhsil və tərbiyə sahəsində atılan hər bir addım birbaşa milli təhlükəsizlik və gələcək inkişaf strategiyası ilə bağlıdır. İ.Əmənullayev partiyanın qarşıdakı dövr üçün müəyyənləşdirdiyi strateji hədəflərin ölkənin ümumi inkişaf dinamikasına verəcəyi töhfələrdən bəhs edərək, yerli təşkilatların və partiya fəallarının üzərinə düşən məsuliyyəti diqqətə çatdırıb.

Daha sonra universitetin professor-müəllim heyətinin məruzələri dinlənilib. LDU-nun sosial məsələlər üzrə prorektoru, YAP universitet ərazi partiya təşkilatının sədri və partiyanın VIII Qurultayının nümayəndəsi Ramiz Şəmmədov “İdeoloji təhlükəsizlik və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi”, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri Kamal Mahmudov “Müstəqil xarici siyasət və Azərbaycanın artan beynəlxalq nüfuzu”, İqtisadiyyat və innovativ idarəetmə kafedrasının dosenti Fərid Xankişiyev “Zəfərdən davamlı inkişafa: Güclü Azərbaycan modelinin yeni hədəfləri”, Aqrar elmlər kafedrasının müəllimi Nahid Əzizli  “Böyük qayıdış: Qarabağ və Şərqi Zəngəzurun dirçəlişində yeni mərhələ” mövzularında çıxış ediblər. Çıxışlarda qlobal çağırışlar fonunda milli-mənəvi dəyərlərin qorunmasının vacibliyi, Azərbaycanın müstəqil xarici siyasət kursunun ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirdiyi,  post-münaqişə dövrünün iqtisadi prioritetləri, azad edilmiş torpaqlarda aparılan nəhəng quruculuq işləri və s. məsələlərdən ətraflı söz açılıb.

Tədbirin sonunda LDU ərazi partiya təşkilatının üzvləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış rəsmi müraciət yekdilliklə qəbul olunub. Müraciətin mətnini oxuyan LDU-nun Baş elmi katibi Allahşükür Quliyev universitet kollektivinin və partiya fəallarının dövlətin daxili və xarici kursuna tam dəstəyini ifadə edib.

Toplantı Yeni Azərbaycan Partiyasının Himninin sədaları ilə yekunlaşıb.

Asyat Abdurahmanova

Xəbər Lenti

SABAH City-də konfrans kecirildi15.10.2026 - 19:15
Ağa Hacıbəyli: ”Azərbaycan uzun illər dini tədrisi Bakı İslam Universiteti və regionlardakı mədrəsələr vasitəsilə davam etdirdi”15.10.2026 - 18:50
"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı üzrə 100 nəfər nəfər qalib olub15.10.2026 - 18:10
“Rəqəmsal rabitə “İnformasiya sistemi haqqında əsasnamə qəbul edilib15.10.2026 - 17:52
Bəzi rəsmi qurumları saytlarında problemlər yaranıb15.10.2026 - 17:48
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər15.10.2026 - 17:40
Türkiyədən Azərbaycan dünyəvi dövlət modelinə dəstək nümayiş etdirildi15.10.2026 - 17:39
ADPU-nun Şamaxı filialında Xalq şairi Vahid Əzizlə görüş keçirilib.15.10.2026 - 17:31
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 17:30
Yaponiyanın məşhur "VIVANT" serialında Azərbaycan mədəniyyəti15.10.2026 - 17:28
“44” filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib 15.10.2026 - 17:15
Tələbələr “Keşikçidağ” Qoruğunda mağaralar kompleksi ilə tanış oldu 15.10.2026 - 17:10
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib15.10.2026 - 17:02
Qız tələbələr üçün “Vergi Akademiyası” proqramına qəbul başlayıb15.10.2026 - 16:40
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
AzTU-da süni intellektin yanlış məlumatlarını aşkarlamaq üçün yeni yanaşma hazırlanır15.10.2026 - 16:16
Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır15.10.2026 - 15:57
Gənc yazıçıların tanınması üçün hansı imkanlar yaradılmalıdır? – İradə Ayteldən açıqlama15.10.2026 - 14:47
Türkmənistanda MAMA "Ana təbiət" beynəlxalq sərgisi açılacaq15.10.2026 - 14:43
Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb15.10.2026 - 14:40
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi15.10.2026 - 14:37
Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb15.10.2026 - 14:36
Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib15.10.2026 - 14:33
Gender bərabərliyinə həsr olunmuş seminar keçirilib15.10.2026 - 14:27
Vyetnamın vitse-prezidenti ADNSU-da olub15.10.2026 - 14:24
Peşə təhsili üzrə beynəlxalq təlim iştirakçıları LDU-da olub15.10.2026 - 14:19
Sabah hava çiskinli olacaq15.10.2026 - 14:16
Sabah jurnalistlərin IX qurultayı keçiriləcək15.10.2026 - 14:13
Tələbələr üçün startap və innovasiya imkanları təqdim olunub15.10.2026 - 14:09
Bakı Slavyan Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək15.10.2026 - 14:02
Pakistanda məktəb damı uçdu: 28 uşaq və 1 müəllimə ölüb 15.10.2026 - 14:00
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib15.10.2026 - 14:00
Paytaxtda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək15.10.2026 - 13:59
Şagird kosmetikaya görə dərsə buraxılmadı: Atası münaqişə yaratdı 15.10.2026 - 13:58
Tələbələr hansı hallarda universitetdən xaric edilə bilər? - Qaydalar15.10.2026 - 13:27
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 13:26
Qız tələbələrin “Vergi Akademiyası” proqramına qəbulu başlayır15.10.2026 - 13:23
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - RƏSMİ QƏRAR15.10.2026 - 13:21
İlham Əliyev: Biz uşaq qatillərinin səviyyəsinə enmədik15.10.2026 - 13:18
Polimer Materialları İnstitutunun məqaləsi Q4 jurnalında dərc olunub15.10.2026 - 13:15
Azərbaycanda gənclər ən çox nələrdən ölürlər?15.10.2026 - 13:07
İlham Əliyev: “Azərbaycan təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edib”15.10.2026 - 13:04
Azərbaycanla Qazaxıstan arasında iki sənədin mübadiləsi olub15.10.2026 - 12:30
BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb15.10.2026 - 12:18
Məktəbə hücum edənlər həbs olundu 15.10.2026 - 12:11
Xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı15.10.2026 - 12:10