Təhsil 365 - Logo Mobile

Vyetnamın vitse-prezidenti ADNSU-da olub

9415.10.2026 - 14:24
Vyetnamın vitse-prezidenti ADNSU-da olub

Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub.

“Tehsil365” xəbər verir ki, Vitse-prezidenti səfər zamanı Prezident Aparatı rəhbərinin müavini Nquyen Zunq Tien, Vyetnamın xarici işlər nazirinin müavini Danq Hoan Zyanq, sənaye və ticarət nazirinin müavini Fan Thi Thanq, kənd təsərrüfatı və ətraf mühit nazirinin müavini Vo Van Hinq, Vyetnam Sosialist Respublikasının Rusiya Federasiyasındakı və eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfiri Danq Min Xoy, Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə, eləcə də Prezident Administrasiyasının və müvafiq nazirliklərin digər nümayəndələri, Petrovietnam şirkətinin nümayəndələri müşayiət ediblər.

Səfər çərçivəsində xanım Vo Thi An Suan ADNSU-da 2025-ci ildə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, hazırda ölkə prezidenti olan cənab To Lamın iştirakı ilə ADNSU-da açılmış görkəmli Vyetnam siyasi xadimi Ho Şi Minin xatirə otağını ziyarət edib. Qeyd edək ki, bu xatirə otağı Azərbaycan ali təhsil müəssisələri arasında Vyetnam-Azərbaycan dostluğunu və iki ölkə arasında təhsil əlaqələrini təcəssüm etdirən ilk və yeganə məkan kimi xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində qonaqlar həmçinin ADNSU-nun tarix muzeyini ziyarət ediblər.

Daha sonra ADNSU-nun professor-müəllim heyətinin iştarikı ilə xanım vitse-prezident və nümayəndə heyəti ilə keçirilən görüşdə qonaqları salamlayan rektor Rüfət Əzizov universitetin Vyetnam neft sənayesi üçün mütəxəssislərin hazırlanmasında tarixən mühüm rol oynadığını və bu ənənənin bu gün də davam etdiyini vurğulayıb.

Rektor qeyd edib ki, PetroVietnam şirkətinin Direktorlar Şurasının tanınmış üzvləri arasında təhsilini 106 illik tarixə malik ADNSU-da almış şəxslər var. Onlardan bəziləri doktorantura təhsillərini də məhz bu universitetdə başa vurublar. Bildirilib ki, ADNSU indiyədək 2000-dən çox vyetnamlı tələbənin təhsil aldığı və peşəkar inkişafına töhfə verdiyi doğma universitetə çevrilib.

Vitse-prezident xanım Vo Thi An Suan səmimi qarşılanmaya görə təşəkkürünü bildirib, ADNSU-nun Vyetnam və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində və təhsil körpüsünün qurulmasında rolunu yüksək qiymətləndirib. O, iki ölkə arasında, xüsusilə təhsil sahəsində əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi istiqamətində dəstəyini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə, həmçinin, Vyetnam-Azərbaycan dostluq əlaqələrinin inkişafına töhfə verən nümayəndələr, Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini alim Gülşən Paşayeva, Azərbaycanın fəxri neftçisi Tofiq Məmmədov, xalq artistləri Fidan Hacıyeva və Mənsum İbrahimov, eləcə də Nigar Axundova və Dilarə Əliyeva kimi tanınmış şəxslər iştirak ediblər.

Asyat Abdurahmanova

Xəbər Lenti

Çində ahıllar üçün “birsaatlıq övlad” xidməti15.10.2026 - 19:59
Xəzər Universitetində beynəlxalq əməkdaşlığ15.10.2026 - 19:58
Teleqramda yeni funksiya15.10.2026 - 19:58
Xəzər Universitetində kiberhücumundan danışılıb15.10.2026 - 19:57
Xəzər Universitetində dərs muzeydə keçirilib15.10.2026 - 19:56
Müğənninin səhhəti qəfil pisləşib15.10.2026 - 19:55
Qarabağ Universitetində əcnəbi tədqiqatçılarla görüş baş tutub 15.10.2026 - 19:40
Qarabağ Universitetində vergi görüşü15.10.2026 - 19:35
ADU-da elmi seminar keçirilib15.10.2026 - 19:30
Dermatoloq Tünzalə Əzizli: Keyfiyyətsiz və düzgün yuyulmayan geyimlər məktəblilərdə dəri problemlərinə səbəb ola bilər”15.10.2026 - 19:25
Yaponiya səfiri ADU-da olub15.10.2026 - 19:20
SABAH City-də konfrans kecirildi15.10.2026 - 19:15
Ağa Hacıbəyli: ”Azərbaycan uzun illər dini tədrisi Bakı İslam Universiteti və regionlardakı mədrəsələr vasitəsilə davam etdirdi”15.10.2026 - 18:50
ADU-da yanlış xəbərlərə qarşı görüş keçirilib15.10.2026 - 18:25
"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı üzrə 100 nəfər nəfər qalib olub15.10.2026 - 18:10
“Rəqəmsal rabitə “İnformasiya sistemi haqqında əsasnamə qəbul edilib15.10.2026 - 17:52
Bəzi rəsmi qurumları saytlarında problemlər yaranıb15.10.2026 - 17:48
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər15.10.2026 - 17:40
Türkiyədən Azərbaycan dünyəvi dövlət modelinə dəstək nümayiş etdirildi15.10.2026 - 17:39
ADPU-nun Şamaxı filialında Xalq şairi Vahid Əzizlə görüş keçirilib.15.10.2026 - 17:31
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 17:30
Yaponiyanın məşhur "VIVANT" serialında Azərbaycan mədəniyyəti15.10.2026 - 17:28
“44” filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib 15.10.2026 - 17:15
Tələbələr “Keşikçidağ” Qoruğunda mağaralar kompleksi ilə tanış oldu 15.10.2026 - 17:10
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib15.10.2026 - 17:02
Qız tələbələr üçün “Vergi Akademiyası” proqramına qəbul başlayıb15.10.2026 - 16:40
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
AzTU-da süni intellektin yanlış məlumatlarını aşkarlamaq üçün yeni yanaşma hazırlanır15.10.2026 - 16:16
Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır15.10.2026 - 15:57
Gənc yazıçıların tanınması üçün hansı imkanlar yaradılmalıdır? – İradə Ayteldən açıqlama15.10.2026 - 14:47
Türkmənistanda MAMA "Ana təbiət" beynəlxalq sərgisi açılacaq15.10.2026 - 14:43
Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb15.10.2026 - 14:40
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi15.10.2026 - 14:37
Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb15.10.2026 - 14:36
Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib15.10.2026 - 14:33
Gender bərabərliyinə həsr olunmuş seminar keçirilib15.10.2026 - 14:27
Peşə təhsili üzrə beynəlxalq təlim iştirakçıları LDU-da olub15.10.2026 - 14:19
Sabah hava çiskinli olacaq15.10.2026 - 14:16
Sabah jurnalistlərin IX qurultayı keçiriləcək15.10.2026 - 14:13
Tələbələr üçün startap və innovasiya imkanları təqdim olunub15.10.2026 - 14:09
LDU-da strateji hədəflər müzakirə olunub15.10.2026 - 14:07
Bakı Slavyan Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək15.10.2026 - 14:02
Pakistanda məktəb damı uçdu: 28 uşaq və 1 müəllimə ölüb 15.10.2026 - 14:00
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib15.10.2026 - 14:00
Paytaxtda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək15.10.2026 - 13:59
Şagird kosmetikaya görə dərsə buraxılmadı: Atası münaqişə yaratdı 15.10.2026 - 13:58