“44” bədii filminin musiqisi də ekran əsərinin özü kimi dinləyicilərin qəlbinə toxunur.
“Tehsil365” xəbər verir ki, filmin saundtrekinin hazırlanması texnologiyası ilə həyata keçirilir.
Musiqinin ilk yazısı ABŞ-ın “New York Production Studios” studiyasında aparılıb. Daha sonra əsərlər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin ifasında lentə alınıb.
Filmin musiqisinin yekun miksinq və masterinq işləri Böyük Britaniyanın məşhur “AIR Studios” studiyasında həyata keçirilir.
Filmin musiqi tərtibatı üzrə işlərin ümumi həcmi 394 saat təşkil edib. Bunun 202 saatı studiya yazılışına, 192 saatı onun işlənməsinə sərf olunub.

