Təhsil 365 - Logo Mobile

ADPU-nun Şamaxı filialında Xalq şairi Vahid Əzizlə görüş keçirilib.

15915.10.2026 - 17:31
ADPU-nun Şamaxı filialında Xalq şairi Vahid Əzizlə görüş keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Şərəf” ordeni laureatı, Azərbaycan Respublikasının Xalq şairi Vahid Əzizlə tələbələrin “Zəfər millətimin altun tacıdır” mövzusunda görüşü keçirilib.

“Tehsil365” xəbər verir ki, Tədbiri giriş sözü ilə açan  filialın direktoru, dosent Tünzalə Yusifova milli-mənəvi dəyərlərimizin qorunmasında, Vətənə məhəbbət və milli qürur hissinin gənc nəslə aşılanmasında ədəbiyyatın və söz sənətinin mühüm rolundan bəhs edib.

Daha sonra Xalq şairi Vahid Əziz çıxış edərək yaradıcılığından, poeziyanın cəmiyyətin mənəvi həyatındakı rolundan və Zəfər mövzusunun Azərbaycan ədəbiyyatında əksindən danışıb. Şair Vətən sevgisi, milli birlik, qəhrəmanlıq və tarixi yaddaş kimi mövzuların gənc nəslin dünyagörüşünün formalaşmasında əhəmiyyətini diqqətə çatdırıb, tələbələrlə səmimi söhbət aparıb.

Tədbir zamanı maraqlı və yaddaqalan məqamlardan biri də rəssam tərəfindən Xalq şairi Vahid Əzizin portretinin yaradılması olub. Görüş ərzində ərsəyə gətirilən portret tədbirin sonunda şairə hədiyyə edilib. Hədiyyədən məmnunluğunu ifadə edən şair  portreti yüksək qiymətləndirərək növbəti kitabının üz qabığında mütləq həmin rəsmdən istifadə edəcəyini bildirib. Bu xoş sürpriz tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Görüş tələbələrin şairlə fikir mübadiləsi və mövzu ətrafında maraqlı müzakirələrlə davam edib. Tələbələr Xalq şairi ilə ünsiyyət qurmaq, onun yaradıcılığı və ədəbi fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək imkanı qazanıblar.

Sonda qeyd olunub ki, bu cür görüşlər tələbələrin ədəbiyyata marağının artırılması, milli-mənəvi dəyərlərin təbliği və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.


Ayətil Quliyeva

Xəbər Lenti

Çində ahıllar üçün “birsaatlıq övlad” xidməti15.10.2026 - 19:59
Xəzər Universitetində beynəlxalq əməkdaşlığ15.10.2026 - 19:58
Teleqramda yeni funksiya15.10.2026 - 19:58
Xəzər Universitetində kiberhücumundan danışılıb15.10.2026 - 19:57
Xəzər Universitetində dərs muzeydə keçirilib15.10.2026 - 19:56
Müğənninin səhhəti qəfil pisləşib15.10.2026 - 19:55
Qarabağ Universitetində əcnəbi tədqiqatçılarla görüş baş tutub 15.10.2026 - 19:40
Qarabağ Universitetində vergi görüşü15.10.2026 - 19:35
ADU-da elmi seminar keçirilib15.10.2026 - 19:30
Dermatoloq Tünzalə Əzizli: Keyfiyyətsiz və düzgün yuyulmayan geyimlər məktəblilərdə dəri problemlərinə səbəb ola bilər”15.10.2026 - 19:25
Yaponiya səfiri ADU-da olub15.10.2026 - 19:20
SABAH City-də konfrans kecirildi15.10.2026 - 19:15
Ağa Hacıbəyli: ”Azərbaycan uzun illər dini tədrisi Bakı İslam Universiteti və regionlardakı mədrəsələr vasitəsilə davam etdirdi”15.10.2026 - 18:50
ADU-da yanlış xəbərlərə qarşı görüş keçirilib15.10.2026 - 18:25
"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı üzrə 100 nəfər nəfər qalib olub15.10.2026 - 18:10
“Rəqəmsal rabitə “İnformasiya sistemi haqqında əsasnamə qəbul edilib15.10.2026 - 17:52
Bəzi rəsmi qurumları saytlarında problemlər yaranıb15.10.2026 - 17:48
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər15.10.2026 - 17:40
Türkiyədən Azərbaycan dünyəvi dövlət modelinə dəstək nümayiş etdirildi15.10.2026 - 17:39
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 17:30
Yaponiyanın məşhur "VIVANT" serialında Azərbaycan mədəniyyəti15.10.2026 - 17:28
“44” filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib 15.10.2026 - 17:15
Tələbələr “Keşikçidağ” Qoruğunda mağaralar kompleksi ilə tanış oldu 15.10.2026 - 17:10
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib15.10.2026 - 17:02
Qız tələbələr üçün “Vergi Akademiyası” proqramına qəbul başlayıb15.10.2026 - 16:40
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
AzTU-da süni intellektin yanlış məlumatlarını aşkarlamaq üçün yeni yanaşma hazırlanır15.10.2026 - 16:16
Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır15.10.2026 - 15:57
Gənc yazıçıların tanınması üçün hansı imkanlar yaradılmalıdır? – İradə Ayteldən açıqlama15.10.2026 - 14:47
Türkmənistanda MAMA "Ana təbiət" beynəlxalq sərgisi açılacaq15.10.2026 - 14:43
Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb15.10.2026 - 14:40
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi15.10.2026 - 14:37
Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb15.10.2026 - 14:36
Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib15.10.2026 - 14:33
Gender bərabərliyinə həsr olunmuş seminar keçirilib15.10.2026 - 14:27
Vyetnamın vitse-prezidenti ADNSU-da olub15.10.2026 - 14:24
Peşə təhsili üzrə beynəlxalq təlim iştirakçıları LDU-da olub15.10.2026 - 14:19
Sabah hava çiskinli olacaq15.10.2026 - 14:16
Sabah jurnalistlərin IX qurultayı keçiriləcək15.10.2026 - 14:13
Tələbələr üçün startap və innovasiya imkanları təqdim olunub15.10.2026 - 14:09
LDU-da strateji hədəflər müzakirə olunub15.10.2026 - 14:07
Bakı Slavyan Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək15.10.2026 - 14:02
Pakistanda məktəb damı uçdu: 28 uşaq və 1 müəllimə ölüb 15.10.2026 - 14:00
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib15.10.2026 - 14:00
Paytaxtda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək15.10.2026 - 13:59
Şagird kosmetikaya görə dərsə buraxılmadı: Atası münaqişə yaratdı 15.10.2026 - 13:58