Təhsil 365 - Logo Mobile

Ağa Hacıbəyli: ”Azərbaycan uzun illər dini tədrisi Bakı İslam Universiteti və regionlardakı mədrəsələr vasitəsilə davam etdirdi”

2715.10.2026 - 18:50
Ağa Hacıbəyli:  ”Azərbaycan uzun illər dini tədrisi Bakı İslam Universiteti və regionlardakı mədrəsələr vasitəsilə davam etdirdi”

“Bu gün isə ən böyük yetərsizlik burdadır: süni intellekt dövründə bizim ilahiyyat tələbələrimiz bu arenaya girə bilməyiblər. Klassik dövrdəki biliklərimiz də əlimizdən çıxıb. Fizika, kimya, biologiya, riyaziyyat - müsbət elmləri ilahiyyat tələbəsi dərindən bilməlidir.”

Bu fikirləri “Tehsil365”ə müsahibəsində İlahiyyatçı Ağa Hacıbəyli bildirib.

-Ağa bəy, hazırda Azərbaycanda ilahiyyat dini təhsili sizcə yetərli səviyyədədir? Ən böyük boşluq haradadır?

Gerçəkdən önəmli bir məsələyə toxunmusunuz.

“Azərbaycan uzun illər dini tədrisi Bakı İslam Universiteti və regionlardakı mədrəsələr vasitəsilə davam etdirdi. Onlar daha çox klassik metodlarla tələbə yetişdirməyə çalışırdılar. Mən özüm də o prosesin içində olmuşam - o dövrdə belə yetərsizlik kifayət qədər idi, imkanlar məhdud idi.

“Bakı İslam Universiteti bağlandıqdan sonra İlahiyyat İnstitutu açıldı. Bu institut dövlətin nəzarətində olan universitetə çevrildi. Kadr seçimindən tədris planına qədər hər şey əvvəlkindən fərqləndi. Akademik səviyyə, tədris metodologiyası baxımından Bakı İslam Universitetindən daha səviyyəli bir yerdən başlanıldı. Buna şükür edirik.

-Lakin yetərmi? Xeyr, yetməz.

“Çünki İslam dini beş-on fiqh kitabından ibarət deyil. 9-15-ci əsrlərdə Fərabi, İbn Sina kimi alimlərin kitablarına baxanda görürük ki, o dövrdə din adamı ilə dünya adamı ayrımı yox idi. Quran laboratoriyasında onlar dövrünün astronomu qədər astronomiyanı, təbibi qədər təbabəti bilirdilər. Elm kompleks şəkildə tədris olunurdu.

-Sizcə, Süni intellekt dövründə dini təhsil necə yenilənməlidir?

“Bu gün isə ən böyük yetərsizlik burdadır: süni intellekt dövründə bizim ilahiyyat tələbələrimiz bu arenaya girə bilməyiblər. Klassik dövrdəki biliklərimiz də əlimizdən çıxıb. Fizika, kimya, biologiya, riyaziyyat - müsbət elmləri ilahiyyat tələbəsi dərindən bilməlidir.

“Niyə? Çünki kainat özü bir kitabdır. O kitabın bir səhifəsi kimyadan, bir səhifəsi biologiyadan, bir səhifəsi riyaziyyatdan bəhs edir. Kainatın dili olan riyaziyyatı bilmədən Qurani-Kərimin rəqəmsal sistemini, oradakı şifrələri anlamaq mümkün deyil. Dinimiz asan dindir, amma çox dərindir.

“Bu gün tələbələrimizin dövlət xətti ilə xaricə dini təhsilə göndərilməsi də onu göstərir ki, hələ o iştihad səviyyəsi burada tam formalaşmayıb. Dil bilgisindən tutmuş bir çox sahədə ehtiyaclarımız var.

Amma ümid edirəm ki, yeni institutumuz bu sürətlə, zəmanənin nəbzini tutaraq davam etsə, dünya görüşü geniş olan, ölkəmiz çapında gözəl alimlər, akademiklər yetişdirəcək. Bunun üçün 3-5 il yox, 15-20-30 ilə ehtiyac var. Boşluqlarımız var, amma Allaha şükür, inkişaf və tərəqqi də var”


Fidan Abışova

Xəbər Lenti

Çində ahıllar üçün “birsaatlıq övlad” xidməti15.10.2026 - 19:59
Teleqramda yeni funksiya15.10.2026 - 19:58
Xəzər Universitetində beynəlxalq əməkdaşlığ15.10.2026 - 19:58
Xəzər Universitetində kiberhücumundan danışılıb15.10.2026 - 19:57
Xəzər Universitetində dərs muzeydə keçirilib15.10.2026 - 19:56
Müğənninin səhhəti qəfil pisləşib15.10.2026 - 19:55
Qarabağ Universitetində əcnəbi tədqiqatçılarla görüş baş tutub 15.10.2026 - 19:40
Qarabağ Universitetində vergi görüşü15.10.2026 - 19:35
ADU-da elmi seminar keçirilib15.10.2026 - 19:30
Dermatoloq Tünzalə Əzizli: Keyfiyyətsiz və düzgün yuyulmayan geyimlər məktəblilərdə dəri problemlərinə səbəb ola bilər”15.10.2026 - 19:25
Yaponiya səfiri ADU-da olub15.10.2026 - 19:20
SABAH City-də konfrans kecirildi15.10.2026 - 19:15
ADU-da yanlış xəbərlərə qarşı görüş keçirilib15.10.2026 - 18:25
"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı üzrə 100 nəfər nəfər qalib olub15.10.2026 - 18:10
“Rəqəmsal rabitə “İnformasiya sistemi haqqında əsasnamə qəbul edilib15.10.2026 - 17:52
Bəzi rəsmi qurumları saytlarında problemlər yaranıb15.10.2026 - 17:48
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər15.10.2026 - 17:40
Türkiyədən Azərbaycan dünyəvi dövlət modelinə dəstək nümayiş etdirildi15.10.2026 - 17:39
ADPU-nun Şamaxı filialında Xalq şairi Vahid Əzizlə görüş keçirilib.15.10.2026 - 17:31
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 17:30
Yaponiyanın məşhur "VIVANT" serialında Azərbaycan mədəniyyəti15.10.2026 - 17:28
“44” filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib 15.10.2026 - 17:15
Tələbələr “Keşikçidağ” Qoruğunda mağaralar kompleksi ilə tanış oldu 15.10.2026 - 17:10
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib15.10.2026 - 17:02
Qız tələbələr üçün “Vergi Akademiyası” proqramına qəbul başlayıb15.10.2026 - 16:40
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
AzTU-da süni intellektin yanlış məlumatlarını aşkarlamaq üçün yeni yanaşma hazırlanır15.10.2026 - 16:16
Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır15.10.2026 - 15:57
Gənc yazıçıların tanınması üçün hansı imkanlar yaradılmalıdır? – İradə Ayteldən açıqlama15.10.2026 - 14:47
Türkmənistanda MAMA "Ana təbiət" beynəlxalq sərgisi açılacaq15.10.2026 - 14:43
Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb15.10.2026 - 14:40
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi15.10.2026 - 14:37
Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb15.10.2026 - 14:36
Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib15.10.2026 - 14:33
Gender bərabərliyinə həsr olunmuş seminar keçirilib15.10.2026 - 14:27
Vyetnamın vitse-prezidenti ADNSU-da olub15.10.2026 - 14:24
Peşə təhsili üzrə beynəlxalq təlim iştirakçıları LDU-da olub15.10.2026 - 14:19
Sabah hava çiskinli olacaq15.10.2026 - 14:16
Sabah jurnalistlərin IX qurultayı keçiriləcək15.10.2026 - 14:13
Tələbələr üçün startap və innovasiya imkanları təqdim olunub15.10.2026 - 14:09
LDU-da strateji hədəflər müzakirə olunub15.10.2026 - 14:07
Bakı Slavyan Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək15.10.2026 - 14:02
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib15.10.2026 - 14:00
Pakistanda məktəb damı uçdu: 28 uşaq və 1 müəllimə ölüb 15.10.2026 - 14:00
Paytaxtda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək15.10.2026 - 13:59
Şagird kosmetikaya görə dərsə buraxılmadı: Atası münaqişə yaratdı 15.10.2026 - 13:58