Qarabağ Universiteti ilə Dövlət Vergi Xidmətinin əməkdaşlığı çərçivəsində tələbələr üçün “Vergi hüquq münasibətlərinin spesifik xüsusiyyətləri” mövzusunda görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, görüşdə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini, hüquq elmləri doktoru Mirəli Kazımov və Tədris Mərkəzinin şöbə rəisi, professor Nazim Əliyev iştirak edib.
Tədbirdə vergi hüquq münasibətlərinin hüquqi əsasları, vergi qanunvericiliyinin tətbiqi və bu sahədə mütəxəssis hazırlığının əhəmiyyəti müzakirə olunub.
Görüş sual-cavab sessiyası ilə davam edib, tələbələr mövzu ilə bağlı suallarını ünvanlayıblar.

