ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və Xarici İşlər Nazirliyi yanında AİDA-nın təşəbbüsü ilə Azərbaycana dəvət olunan əcnəbi tədqiqatçılar Qarabağ Universitetində olublar.
“Tehsil365”xəbər verir ki, görüşdə Səudiyyə Ərəbistanı, Misir, İraq və ABŞ-dan olan tədqiqatçılar iştirak edib.
Görüş zamanı onların Azərbaycana dair araşdırma istiqamətləri, tarixi və mədəni irsin öyrənilməsi məsələləri müzakirə olunub.
Səfər çərçivəsində qonaqlar universitetin rektoru Şahin Bayramovla da görüşüblər.

