Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Günay Həsənova Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələr üçün Azərbaycan tarixi fənnindən növbəti dərsi Şirvanşahlar Sarayı Muzey Kompleksində təşkil edib.
“Tehsil365”xəbər verir ki, oktyabrın 14-də keçirilən dərs “IX–XIII əsrlərdə Azərbaycanda yaranmış feodal dövlətlər” mövzusuna həsr olunub.
Dərs zamanı tələbələr saray, divanxana, türbə, məscid və digər tarixi-memarlıq abidələri ilə tanış olub, Bayıl qalasına aid daş kitabələr barədə məlumat alıblar.
Muzey mühitində keçirilən dərs tələbələrin nəzəri biliklərinin praktik müşahidələrlə tamamlanmasına xidmət edib.

