Xəzər Universiteti İT departamentinin rəhbəri Fərid Musayev dövlət saytlarına qarşı kiberhücumların məqsədlərindən danışıb.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Kibertəhlükəsizlik dövlət informasiya resurslarının qorunmasının çoxqatlı müdafiə prinsiplərinə əsaslandığını bildirib.
O qeyd edib ki, bu çərçivədə təhlükəsizlik monitorinqi sistemləri, DDoS hücumlarının qarşısının alınması, məlumatların şifrələnməsi və çoxfaktorlu autentifikasiya tətbiq olunur.
Ekspertin sözlərinə görə, bu cür hücumlar vətəndaşlarda panika yaratmaq, dövlət institutlarına etimadı sarsıtmaq və kritik infrastruktura təsir göstərmək məqsədi daşıyır.
Xatırladaq ki, oktyabrın 13-də saat 22:00-dan etibarən dövlət informasiya infrastrukturuna qarşı kiberhücumlar qeydə alınıb.

