VILNIUS TECH Universitetinin nümayəndə heyəti oktyabrın 14-də Xəzər Universitetində səfərdə olub.
“Tehsil365”xəbər verir ki, görüşdə VILNIUS TECH-i Maliyyə mühəndisliyi departamentinin rəhbəri Algita Miečinskienė, Aviasiya İnstitutunun dekan müavini Dr. Laurynas Šišovas və Beynəlxalq təhsil mərkəzinin baş meneceri Viktorija Pliuškienė təmsil ediblər.
Xəzər Universitetindən İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Dilarə Rəsulova, müəllim Dr. Ülkər İbadlı, rektorun Beynəlxalq əlaqələr üzrə müşaviri Zemfira Məmmədova və Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Seyran Əliyeva iştirak ediblər.
Görüşdə tələbə və akademik heyət mübadiləsi, ikili diplom proqramlarının yaradılması və birgə layihələr müzakirə olunub.
Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Seyran Əliyeva universitetin tarixi və beynəlxalq əməkdaşlıqları barədə təqdimat edib.

