Təhsil 365 - Logo Mobile

Peşə tanınması imtahanının nəticələri açıqlandı

10316.10.2026 - 14:25
Peşə tanınması imtahanının nəticələri açıqlandı

Sentyabrın 29-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən peşə tanınması imtahanında iştirak edən 202 namizəddən yalnız 30-u keçid balını toplayıb.

“Tehsil365” xəbər verir ki, bu barədə məlumat Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2026-cı ilin III rübü üzrə elektron bülletenində öz əksini tapıb.

TKTA-nın təqdim etdiyi göstəricilərə əsasən, imtahanda 19 ixtisas üzrə namizədlər iştirak edib. İştirakçıların təxminən 15 faizinin imtahandan uğurla keçib.

İxtisaslar arasında ən çox müraciət hüquqşünaslıq üzrə qeydə alınıb. Belə ki, bu ixtisas üzrə imtahana qatılan 86 namizəddən 14-ü keçid balını toplayıb, 72 nəfər isə uğursuz nəticə göstərib.

Nəticələr digər ixtisaslar üzrə də fərqlənib. Yanğın təhlükəsizliyi mühəndisliyi üzrə iştirak edən 43 namizəddən yalnız biri uğurlu nəticə əldə edib. Dəniz naviqasiyası mühəndisliyi üzrə 13 nəfərdən 5-i, xarici dil müəllimliyi üzrə isə 9 nəfərdən 5-i imtahandan keçib.

Gəmi energetik qurğularının istismarı mühəndisliyi üzrə 4 namizəddən 2-si, ekologiya mühəndisliyi üzrə isə imtahanda iştirak edən yeganə namizəd keçid balını toplayıb.

Statistikaya əsasən, Rusiya Federasiyasında təhsil almış 88 namizəd imtahanda iştirak edib. Onlardan 13-ü keçid balını toplayıb, 75-i uğursuz nəticə göstərib.

Ukraynada təhsil almış 69 namizəddən isə yalnız 5-i imtahandan uğurla keçib, 64 nəfər tələb olunan nəticəni əldə edə bilməyib.

Türkiyədə təhsil alan 24 namizəddən 9-u keçid balını toplayıb. Bu, həmin ölkə üzrə iştirakçıların təxminən 38 faizinin uğurlu nəticə göstərməsi deməkdir. Belarusda təhsil almış 11 namizədin heç biri imtahandan keçə bilməyib.

Ali təhsil müəssisələri üzrə göstəricilərdə də diqqətçəkən fərqlər var. Ukrayna Milli Mülki Müdafiə Universitetindən imtahanda iştirak edən 30 namizəddən yalnız biri uğurlu nəticə göstərib. Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universitetindən iştirak edən 15 namizədin isə heç biri keçid balını toplaya bilməyib.

Bununla yanaşı, Voljski Dövlət Su Nəqliyyatı Universitetindən imtahanda iştirak edən 10 namizəddən 6-sı uğurlu nəticə əldə edib.

Asyat Abdurahmanova

Xəbər Lenti

Qarabağ Universitetində Azərbaycan və Özbəkistan universitetləri arasında 60-a yaxın memorandum imzalanıb16.10.2026 - 16:12
UFAZ tələbələri Beynəlxalq Astronavtika Konqresində elmi tədqiqatlarını təqdim ediblər16.10.2026 - 15:47
“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə16.10.2026 - 15:39
ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub16.10.2026 - 15:27
Tural Abbasov: “Siyasi elmlər üzrə təhsil alan gənclər fundamental elmi mənbələrə üstünlük verməlidirlər”16.10.2026 - 15:27
Sosial şəbəkələr yaxın münasibətləri necə dəyişir? – Sosioloqdan açıqlama16.10.2026 - 15:17
Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb16.10.2026 - 15:08
Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib16.10.2026 - 15:05
Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib16.10.2026 - 15:03
Mahnı Teatrında Maykl Ceksonun yaradıcılığına həsr olunmuş konsert təşkil edilib16.10.2026 - 15:01
Dermatoloqdan yeniyetmələrə xəbərdarlıq: Sızanaqlara qarşı nə etmək lazımdır?16.10.2026 - 15:00
Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib16.10.2026 - 14:56
ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq16.10.2026 - 14:54
“Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir16.10.2026 - 14:51
Birgə tədqiqatlarla daha yaxşı nəticələr əldə edə bilərik16.10.2026 - 14:48
“Türkdilli universitetlərdən ibarət konsorsiumun yaradılması yaxşı olardı” - Nazir16.10.2026 - 14:46
BDU-nun dekanı Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib16.10.2026 - 14:43
LDU-nun tələbəsi vəfat edib16.10.2026 - 14:42
Sabah 31 dərəcə isti olacaq16.10.2026 - 14:40
Rektorlar Forumunda 50-yə yaxın sənəd imzalanacaq16.10.2026 - 14:37
XII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək16.10.2026 - 14:35
Azərbaycan və Özbəkistan arasında İkinci Rektorlar Forumu16.10.2026 - 14:33
Peşə məktəblərində yeni kurikulumlar gələn tədris ilindən tətbiq ediləcək16.10.2026 - 14:31
BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar16.10.2026 - 14:28
Səmərqənd Universitetinin professor-müəllim heyəti AzMİU-da təcrübə keçir16.10.2026 - 14:27
Azərbaycan Universitetində Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib16.10.2026 - 14:22
ADNSU-ya yeni prorektor təyin edilib16.10.2026 - 14:20
Elçin Murad: ”Övladını təhsildən uzaqlaşdırıb işləməyə məcbur edən valideynlərin cərimələnməsi təbiidir”16.10.2026 - 13:20
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi16.10.2026 - 12:03
Bakının bu rayonunda 30 bina söküləcək16.10.2026 - 11:55
Prezidentdən dörd paralimpiyaçımızla bağlı sərəncam16.10.2026 - 11:48
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA16.10.2026 - 11:42
Əli Həsənova yeni vəzifə verilir16.10.2026 - 11:40
Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb16.10.2026 - 11:27
AQEM-ə sədrliyin uzadılması Azərbaycana etimadın göstəricisidir16.10.2026 - 11:25
Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib16.10.2026 - 11:22
Jurnalistlərin IX qurultayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb16.10.2026 - 11:20
Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!16.10.2026 - 11:15
Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi16.10.2026 - 11:12
AQEM-də Azərbaycanın mövqeyi daha da artır16.10.2026 - 11:10
Çində ahıllar üçün “birsaatlıq övlad” xidməti15.10.2026 - 19:59
Teleqramda yeni funksiya15.10.2026 - 19:58
Xəzər Universitetində beynəlxalq əməkdaşlığ15.10.2026 - 19:58
Xəzər Universitetində kiberhücumundan danışılıb15.10.2026 - 19:57
Xəzər Universitetində dərs muzeydə keçirilib15.10.2026 - 19:56
Müğənninin səhhəti qəfil pisləşib15.10.2026 - 19:55
Qarabağ Universitetində əcnəbi tədqiqatçılarla görüş baş tutub 15.10.2026 - 19:40