Təhsil 365 - Logo Mobile

Tural Abbasov: “Siyasi elmlər üzrə təhsil alan gənclər fundamental elmi mənbələrə üstünlük verməlidirlər”

20816.10.2026 - 15:27
Tural Abbasov: “Siyasi elmlər üzrə təhsil alan gənclər fundamental elmi mənbələrə üstünlük verməlidirlər”

“Müasir dövrdə dünya siyasətində baş verən müharibələr, münaqişələr və siyasi böhranlar fonunda siyasi elmlərə maraq daha da artır. Politoloq bildirib ki, belə bir dövrdə hadisələri düzgün təhlil etmək, etibarlı mənbələrdən istifadə etmək və fundamental elmi əsərlərə üstünlük vermək xüsusi əhəmiyyət daşıyır”

Bu sözləri “Tehsil365”ə açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

“Hazırda siyasi elmlərlə bağlı son dərəcə məhsuldar bir dövr yaşanır. Çünki dünya siyasətində kataklizmlərin sayı getdikcə artır, eyni zamanda müharibələr, münaqişələr və siyasi böhranlar baş verir. Bu hadisələr arasında müəyyən oxşarlıqlar olsa da, hər bir böhranın özünəməxsus xarakterik və tipik xüsusiyyətləri mövcuddur. Buna görə də onların hamısını eyniləşdirmək və aralarında tam oxşarlıq olduğunu söyləmək düzgün yanaşma deyil”—deyə o, bildirib

Politoloq qeyd edib ki, bu gün siyasi elmlər sahəsində çalışan mütəxəssislər dünyanın müxtəlif bölgələrində – Şərqdə, Qərbdə və Uzaq Şərqdə fəaliyyət göstərirlər. Onlar ilk növbədə mövcud nəzəriyyələrdən istifadə edir, eyni zamanda praktik sahədə yeni paradiqmaları üzə çıxarırlar. Məqsəd həm baş verən proseslərin semantikasını müəyyənləşdirmək, həm də cəmiyyəti və mütəxəssisləri ayıq-sayıq olmağa çağırmaqdır ki, hadisələr arasındakı fərqlər düzgün qiymətləndirilsin və yanlış nəzəriyyələrin formalaşmasına şərait yaranmasın.

Onun sözlərinə görə, siyasi elmlər sahəsində tanınmış alimlərin çoxsaylı kitabları mövcuddur. Hazırda internet həddindən artıq böyük informasiya məkanıdır və burada siyasi elmlərə dair çoxlu məqalələr, şərhlər, kitablar və monoqrafiyalar yayımlanır.

“Kitab şəklində nəşr olunan fundamental əsərlər həqiqəti daha dolğun əks etdirir”— politoloq qeyd edib.

O bildirib ki, monoqrafiyalarda və kitablarda alimlər mövzuları təhlil edir, müqayisələr aparır və hadisələr arasındakı fərqləri əsaslandırırlar. İnternet isə onun fikrincə, müəyyən mənada “qara bazarı” xatırladan informasiya məkanıdır. Burada peşəkar mütəxəssislərlə yanaşı, orta səviyyəli və qeyri-peşəkar müəlliflər də öz fikirlərini və müəllif yanaşmalarını təqdim edirlər.

“Xüsusilə gənc mütəxəssislər internet mənbələrindən istifadə edərkən son dərəcə diqqətli olmalıdırlar. Bəzi müəlliflər qeyri-peşəkar yanaşma nümayiş etdirir, sübut olunmamış fərziyyələri və şəxsi mülahizələri elmi həqiqət kimi təqdim etməyə çalışırlar. Bu isə düzgün elmi yanaşma hesab edilə bilməz”—deyə Tofiq Abbasov vurğulayıb.

O qeyd edib ki, bəzi hallarda müəyyən böhranların araşdırılmasında subyektiv və ya qərəzli mövqe tutan şəxslər siyasi məqsədlərlə məlumatları bilərəkdən təhrif edir və onları inandırıcı göstərməyə çalışırlar. Politoloq buna nümunə olaraq erməni təbliğatını göstərib. Onun sözlərinə görə, ermənilər müxtəlif uydurmalar və miflər formalaşdıraraq onları tarixi həqiqət kimi təqdim etməyə çalışırlar. Guya dünyanın ilk xristian dövləti olmaları, dünya sivilizasiyasına ən böyük töhfələr vermələri kimi iddialar da məhz bu məqsədə xidmət edir. Politoloq bildirib ki, bu nümunələr göstərir ki, qeyri-peşəkar yanaşmalar çox vaxt araşdırmanın nəticəsi kimi təqdim edilir və auditoriyanın buna inanması hədəflənir.

Ekspert diqqətə çatdırıb ki, alim və müəlliflərin elmi nüfuzunu müəyyən edən əsas göstəricilərdən biri də onların əsərlərinə edilən istinadların sayıdır. Onun sözlərinə görə, rus dilində buna “indeks sitiruyemosti”, yəni iqtibaslar indeksi deyilir. Politoloq hesab edir ki, bu göstəriciyə xüsusi diqqət yetirmək lazımdır.

“İstər Princeton, istər Cambridge, istər Sorbonne, istərsə də Moskva və Sankt-Peterburq universitetlərində çalışan müəlliflər öz araşdırmalarında digər ölkələrin alimlərinin əsərlərinə istinad edirlərsə, bu, onların həmin elmi mənbələrlə yaxından tanış olduqlarını və öz arqumentlərini möhkəm elmi baza üzərində qurduqlarını göstərir”— deyə ekspert diqqətə çatdırıb.

Politoloq vurğulayıb ki, elə müəlliflər var ki, onların adı artıq siyasi elmlərdə klassiklər sırasında yer alır. O, buna nümunə olaraq Zbiqnev Bjezinskini göstərib və qeyd edib ki, onun ayrıca təqdimata ehtiyacı yoxdur. Politoloqun sözlərinə görə, Bjezinski öz araşdırmalarını əsasən kommunizm və kapitalizm sistemləri arasındakı qarşıdurma kontekstində aparıb və bu sahədə fundamental əsərlər ortaya qoyub.

Sonda politoloq gənclərə tövsiyə edib ki, siyasi elmlər sahəsində ilk növbədə fundamental tədqiqatlar müəlliflərinə müraciət etsinlər, onların əsərlərindən istifadə etsinlər və araşdırmalarında geniş istinad bazasına üstünlük versinlər.

“Elmi işlərdə müxtəlif müəlliflərə istinad edilməsi həm baxış bucağını genişləndirir, həm də arqument bazasını daha dərin və əsaslı edir”— o boldirib.

Politoloqun fikrincə, dünya siyasi elmləri çox geniş və zəngin bir sahədir. Bu səbəbdən pərakəndəliyin qarşısını almaq üçün sistemli yanaşma vacibdir. O hesab edir ki, gənc müəlliflər və alimlər araşdırmalarında çoxtərəfli yanaşma tətbiq etməli, dünya təcrübəsini və beynəlxalq elmi nəzəriyyələri əsas götürərək tədqiqatlarını aparmalıdırlar.



Ayətil Quliyeva

Xəbər Lenti

ADNSU-ya yeni prorektor təyin edilib16.10.2026 - 16:24
Qarabağ Universitetində Azərbaycan və Özbəkistan universitetləri arasında 60-a yaxın memorandum imzalanıb16.10.2026 - 16:12
UFAZ tələbələri Beynəlxalq Astronavtika Konqresində elmi tədqiqatlarını təqdim ediblər16.10.2026 - 15:47
“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə16.10.2026 - 15:39
ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub16.10.2026 - 15:27
Sosial şəbəkələr yaxın münasibətləri necə dəyişir? – Sosioloqdan açıqlama16.10.2026 - 15:17
Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb16.10.2026 - 15:08
Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib16.10.2026 - 15:05
Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib16.10.2026 - 15:03
Mahnı Teatrında Maykl Ceksonun yaradıcılığına həsr olunmuş konsert təşkil edilib16.10.2026 - 15:01
Dermatoloqdan yeniyetmələrə xəbərdarlıq: Sızanaqlara qarşı nə etmək lazımdır?16.10.2026 - 15:00
Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib16.10.2026 - 14:56
ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq16.10.2026 - 14:54
“Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir16.10.2026 - 14:51
Birgə tədqiqatlarla daha yaxşı nəticələr əldə edə bilərik16.10.2026 - 14:48
“Türkdilli universitetlərdən ibarət konsorsiumun yaradılması yaxşı olardı” - Nazir16.10.2026 - 14:46
BDU-nun dekanı Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib16.10.2026 - 14:43
LDU-nun tələbəsi vəfat edib16.10.2026 - 14:42
Sabah 31 dərəcə isti olacaq16.10.2026 - 14:40
Rektorlar Forumunda 50-yə yaxın sənəd imzalanacaq16.10.2026 - 14:37
XII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək16.10.2026 - 14:35
Azərbaycan və Özbəkistan arasında İkinci Rektorlar Forumu16.10.2026 - 14:33
Peşə məktəblərində yeni kurikulumlar gələn tədris ilindən tətbiq ediləcək16.10.2026 - 14:31
BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar16.10.2026 - 14:28
Səmərqənd Universitetinin professor-müəllim heyəti AzMİU-da təcrübə keçir16.10.2026 - 14:27
Peşə tanınması imtahanının nəticələri açıqlandı16.10.2026 - 14:25
Azərbaycan Universitetində Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib16.10.2026 - 14:22
ADNSU-ya yeni prorektor təyin edilib16.10.2026 - 14:20
Elçin Murad: ”Övladını təhsildən uzaqlaşdırıb işləməyə məcbur edən valideynlərin cərimələnməsi təbiidir”16.10.2026 - 13:20
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi16.10.2026 - 12:03
Bakının bu rayonunda 30 bina söküləcək16.10.2026 - 11:55
Prezidentdən dörd paralimpiyaçımızla bağlı sərəncam16.10.2026 - 11:48
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA16.10.2026 - 11:42
Əli Həsənova yeni vəzifə verilir16.10.2026 - 11:40
Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb16.10.2026 - 11:27
AQEM-ə sədrliyin uzadılması Azərbaycana etimadın göstəricisidir16.10.2026 - 11:25
Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib16.10.2026 - 11:22
Jurnalistlərin IX qurultayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb16.10.2026 - 11:20
Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!16.10.2026 - 11:15
Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi16.10.2026 - 11:12
AQEM-də Azərbaycanın mövqeyi daha da artır16.10.2026 - 11:10
Çində ahıllar üçün “birsaatlıq övlad” xidməti15.10.2026 - 19:59
Xəzər Universitetində beynəlxalq əməkdaşlığ15.10.2026 - 19:58
Teleqramda yeni funksiya15.10.2026 - 19:58
Xəzər Universitetində kiberhücumundan danışılıb15.10.2026 - 19:57
Xəzər Universitetində dərs muzeydə keçirilib15.10.2026 - 19:56
Müğənninin səhhəti qəfil pisləşib15.10.2026 - 19:55