Təhsil 365 - Logo Mobile

ADNSU-ya yeni prorektor təyin edilib

2616.10.2026 - 16:24
ADNSU-ya yeni prorektor təyin edilib

“Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Seymur Nəcəfov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) maliyyə-təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təyin olunub”.

"Tehsil365" xəbər verir ki, Seymur Əsgər oğlu Nəcəfov 24 avqust 1987-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 1994–1999-cu illərdə Bakı şəhəri Yasamal rayonundakı 286 nömrəli tam orta məktəbdə, 1999–2005-ci illərdə isə Bakı Atatürk liseyində alıb. Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) 2005–2009-cu illərdə “Ümumi iqtisadiyyat” ixtisası üzrə bakalavr, 2009–2012-ci illərdə isə “İqtisadiyyat” ixtisası üzrə magistr təhsili alıb və hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib. 2009–2010-cu illərdə akademik məzuniyyət götürərək müddətli həqiqi hərbi xidmətdə olub. 2014–2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” kafedrasında fəlsəfə doktoru proqramı üzrə dissertant olub.

O, əmək fəaliyyətinə müxtəlif inzibati və maliyyə sahələrində davam edib. 2010–2012-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dövlət Baytarlıq Təchizatı Birliyində xəzinədar, 2012-ci ildə isə həmin təşkilatda mühasib vəzifəsində çalışıb. 2012-ci ildən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Maliyyə və Uçot İdarəsinin Mühasibat uçotu və hesabatı şöbəsində mühasib vəzifəsində çalışıb. 2013-cü ildə şöbə rəisi – baş mühasib, daha sonra isə 2014-cü ilədək şöbə rəisinin müavini vəzifələrində işləyib. 2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibatlıq departamentinin Təhsil haqlarına nəzarət şöbəsinin müdiri, daha sonra isə Maliyyə və təminat departamentinin Təhsil haqlarının uçotu və bank əməliyyatları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2024-cü ildə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Peşəkar Mühasib Sertifikatı alıb. 2015–2021-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və təminat departamentində direktor müavini – baş mühasibin müavini, 2021–2026-cı illərdə isə direktor – baş mühasib vəzifəsində çalışıb.

Seymur Nəcəfov 26 may 2026-cı il tarixindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Maliyyə və təminat departamentinin direktoru – baş mühasibi vəzifəsini icra edib.

Azərbaycan Dövlət İqtisad Universitetindəki fəaliyyətinə görə 8 iyul 2025-ci ildə Elm və Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub. O, həmçinin Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və yerli təşkilatlarının aparatlarında mühasibat uçotunun vahid qaydada təşkili, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi prinsiplərini müəyyənləşdirən, eləcə də maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üzrə normativ tələbləri əhatə edən uçot siyasəti sənədinin müəllifidir.

Xədicə Hüseyn

Xəbər Lenti

ADU-da səfirlə görüş keçirilib16.10.2026 - 18:25
ADU-da elmi seminar keçirilib16.10.2026 - 18:23
ADU-da konfrans baş tutub16.10.2026 - 18:20
ADU-da Müstəqilliyə həsr olunmuş tədbir keçirildi16.10.2026 - 18:10
UNEC yenə Azərbaycanda birinci oldu16.10.2026 - 18:09
Emin Əmrullayev: Birgə tədqiqatlarla daha yaxşı nəticələr əldə edə bilərik16.10.2026 - 18:01
Dr. Zhanibek Arynov Xəzər Universitetində səfərdə olub.16.10.2026 - 18:00
Buxarada Azərbaycan- Özbəkistan dostluq konserti təşkil olunun16.10.2026 - 17:59
Coğrafiya İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb.16.10.2026 - 17:59
Rəqəmsal Texnologiyalar üzrə Ekspert İşçi Qrupunun iclası keçirilib16.10.2026 - 17:57
Buxarada Azərbaycan-Özbəkistan tarixi mədəni əlaqələrinə həsr olunmuş seminar keçirildi16.10.2026 - 17:54
Bakıda XII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək16.10.2026 - 17:53
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur16.10.2026 - 17:46
İtaliyada tələbələr etiraz edib16.10.2026 - 17:42
AKİ) “Arxa cəbhənin insanları” adlı qısametrajlı bədii film ssenari planına start verilib16.10.2026 - 17:40
Peşə tanınması imtahanının nəticələri açıqlandı16.10.2026 - 17:39
Cəlilabadda əmək yarmarkası keçirilib16.10.2026 - 17:36
Mingəçevir Dövlət Universiteti QS Stars-da 4 istiqamət üzrə 5 ulduz alıb16.10.2026 - 17:35
Qız tələbələrin “Vergi Akademiyası” proqramına qəbulu başlayır16.10.2026 - 17:30
Naxçıvanda icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı 40-a çatıb16.10.2026 - 17:28
AQTA sədri: Azərbaycan məhsulları 70-dən çox ölkəyə ixrac olunur16.10.2026 - 17:23
BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar16.10.2026 - 17:10
ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub16.10.2026 - 17:00
Peşə məktəblərində yeni hazırlanmış kurikulumların gələn tədris ilindən tətbiqi nəzərdə tutulur16.10.2026 - 16:38
Qarabağ Universitetində Azərbaycan və Özbəkistan universitetləri arasında 60-a yaxın memorandum imzalanıb16.10.2026 - 16:12
UFAZ tələbələri Beynəlxalq Astronavtika Konqresində elmi tədqiqatlarını təqdim ediblər16.10.2026 - 15:47
“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə16.10.2026 - 15:39
ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub16.10.2026 - 15:27
Tural Abbasov: “Siyasi elmlər üzrə təhsil alan gənclər fundamental elmi mənbələrə üstünlük verməlidirlər”16.10.2026 - 15:27
Sosial şəbəkələr yaxın münasibətləri necə dəyişir? – Sosioloqdan açıqlama16.10.2026 - 15:17
Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb16.10.2026 - 15:08
Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib16.10.2026 - 15:05
Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib16.10.2026 - 15:03
Mahnı Teatrında Maykl Ceksonun yaradıcılığına həsr olunmuş konsert təşkil edilib16.10.2026 - 15:01
Dermatoloqdan yeniyetmələrə xəbərdarlıq: Sızanaqlara qarşı nə etmək lazımdır?16.10.2026 - 15:00
Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib16.10.2026 - 14:56
ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq16.10.2026 - 14:54
“Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir16.10.2026 - 14:51
Birgə tədqiqatlarla daha yaxşı nəticələr əldə edə bilərik16.10.2026 - 14:48
“Türkdilli universitetlərdən ibarət konsorsiumun yaradılması yaxşı olardı” - Nazir16.10.2026 - 14:46
BDU-nun dekanı Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib16.10.2026 - 14:43
LDU-nun tələbəsi vəfat edib16.10.2026 - 14:42
Sabah 31 dərəcə isti olacaq16.10.2026 - 14:40
Rektorlar Forumunda 50-yə yaxın sənəd imzalanacaq16.10.2026 - 14:37
XII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək16.10.2026 - 14:35
Azərbaycan və Özbəkistan arasında İkinci Rektorlar Forumu16.10.2026 - 14:33
Peşə məktəblərində yeni kurikulumlar gələn tədris ilindən tətbiq ediləcək16.10.2026 - 14:31