Təhsil 365 - Logo Mobile

Qız tələbələrin “Vergi Akademiyası” proqramına qəbulu başlayır

3216.10.2026 - 17:30
Qız tələbələrin “Vergi Akademiyası” proqramına qəbulu başlayır

“Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında əməkdaşlıq çərçivəsində tələbələrin bilik və bacarıqlarının inkişafına, peşəkar və şəxsi inkişafına dəstək vermək, həmçinin gender bərabərliyinin təşviqi, qadınların peşəkar inkişaf imkanlarının genişləndirilməsi və potensial namizədlərin erkən mərhələdə müəyyən edilməsi məqsədilə ali təhsil müəssisələrinin qız tələbələri üçün “Vergi Akademiyası” proqramını təşkil edir”.

"Tehsil365" xəbər verir ki, "Vergi Akademiyası" 2027-ci ilin yanvar ayından aprel ayınadək davam edəcək.

Proqramın üstünlükləri:

Vergi qanunvericiliyi və vergi inzibatçılığı sahəsində nəzəri və praktiki biliklər əldə etmək;
Emosional intellekt və digər yumşaq bacarıqları inkişaf etdirməyə yönəlmiş təlim və vörkşoplarda iştirak etmək;
Dövlət Vergi Xidmətinin təcrübəli mentorları ilə görüşlərdə iştirak edərək onların peşəkar təcrübəsindən faydalanmaq;
Əldə olunmuş bilik və bacarıqları praktiki məşğələlər vasitəsilə tətbiq etmək;
Proqramı uğurla tamamlayaraq “Vergi Akademiyası” proqramında iştirakı təsdiq edən sertifikat əldə etmək.

Proqramda iştirak etmək üçün namizədlərə qoyulan tələblər:

Azərbaycan Respublikasının vətəndaşı olmalı;
Ali təhsil müəssisələrinin qız tələbəsi olmalı;
Ali təhsil müəssisələrinin sonuncu kurs bakalavriat pilləsində və ya 1-ci və ya 2-ci kurs magistratura pilləsində hüquq, iqtisadiyyat və ya idarəetmə ixtisas istiqamətləri üzrə təhsil almalı;
Bakalavriatın və magistraturanın sonuncu kursunda təhsil alan şəxslərin mövcud təhsil pilləsi üzrə, magistraturanın I kursunda təhsil alan şəxslərin isə əvvəlki bakalavriat təhsili üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) 80 bal (4 ballıq sistem üzrə 3 bal) və daha yuxarı olmalıdır.
Proqramda iştirak etmək üçün seçim mərhələləri:

I mərhələ: Sənəd qəbulu üzrə ilkin yoxlamanın aparılması.

II mərhələ: Namizədlərin özünütanıtma videoçıxışlarının qiymətləndirilməsi.

III mərhələ: Namizədlərin məntiq və dünyagörüşü imtahanı vasitəsilə qiymətləndirilməsi.

Proqramda iştirak etmək üçün sənəd qəbulu vergiakademiyasi@taxes.gov.az elektron poçt ünvanı vasitəsilə 15 oktyabr 2026-cı il saat 09:00-dan 15 noyabr 2026-cı il saat 23:59-dək həyata keçiriləcək.

Müraciətlər göndərilərkən (mövzu hissəsində “Vergi Akademiyası 2026” qeyd etməklə) şəxsiyyət vəsiqəsi, tələbə bileti, akademik transkript və CV mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır.

Namizədin müraciəti vergiakademiyasi@taxes.gov.az elektron poçt ünvanına daxil olduqdan sonra 14 iş günü ərzində yoxlanılacaq və müraciətin nəticəsi barədə onun elektron poçt ünvanına məlumat göndəriləcək. Müəyyən olunmuş sənədlərdən hər hansı birini təqdim etməyən və ya elanda göstərilən tələblərə uyğun olmayan namizədlərin müraciətləri qəbul edilməyəcək.

Müraciətləri qəbul edilmiş namizədlərə ilkin seçim mərhələsində iştirak barədə məlumatlar əvvəlcədən veriləcək. 

Xədicə Hüseyn

Xəbər Lenti

Füzulinin işğaldan azad olunmasından altı il ötür16.10.2026 - 20:45
Ukrayna səfiri Xəzər Universitetində olub16.10.2026 - 19:40
Xəzərdə şəxsiyyət pozuntuları ilə bağlı seminar keçirilib16.10.2026 - 19:35
Bakıda KOYA 11 layihəsi keçirilib16.10.2026 - 19:05
Xəzər tələbələri Folklor İnstitutunda təcrübəyə başlayıb16.10.2026 - 19:00
Nazarbayev Universitetinin professoru Xəzərdə olub16.10.2026 - 18:55
NDU-da idman yarışlarına start verilib16.10.2026 - 18:52
NDU-da heyvan ekologiyası seminarı keçirilib16.10.2026 - 18:50
ADNSU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub16.10.2026 - 18:45
ADNSU-da ödənişsiz IELTS kursu başlayıb16.10.2026 - 18:43
UFAZ tələbələri üçün “KLAB” Karyera Laboratoriyası layihəsinə start verilib16.10.2026 - 18:42
ADNSU-da şirkətlə görüş keçirilib16.10.2026 - 18:40
“Environmental Protection First” müraciət etdi16.10.2026 - 18:36
ADNSU-ya yeni prorektor təyin olunub16.10.2026 - 18:35
ADNSU Astana IT-də görüşüb Keçirib16.10.2026 - 18:34
ADNSU Qazaxıstanda görüş keçirib16.10.2026 - 18:30
ADU-da səfirlə görüş keçirilib16.10.2026 - 18:25
ADU-da elmi seminar keçirilib16.10.2026 - 18:23
ADU-da konfrans baş tutub16.10.2026 - 18:20
ADU-da Müstəqilliyə həsr olunmuş tədbir keçirildi16.10.2026 - 18:10
UNEC yenə Azərbaycanda birinci oldu16.10.2026 - 18:09
Emin Əmrullayev: Birgə tədqiqatlarla daha yaxşı nəticələr əldə edə bilərik16.10.2026 - 18:01
Dr. Zhanibek Arynov Xəzər Universitetində səfərdə olub.16.10.2026 - 18:00
Coğrafiya İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb.16.10.2026 - 17:59
Buxarada Azərbaycan- Özbəkistan dostluq konserti təşkil olunun16.10.2026 - 17:59
Rəqəmsal Texnologiyalar üzrə Ekspert İşçi Qrupunun iclası keçirilib16.10.2026 - 17:57
Buxarada Azərbaycan-Özbəkistan tarixi mədəni əlaqələrinə həsr olunmuş seminar keçirildi16.10.2026 - 17:54
Bakıda XII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək16.10.2026 - 17:53
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur16.10.2026 - 17:46
İtaliyada tələbələr etiraz edib16.10.2026 - 17:42
AKİ) “Arxa cəbhənin insanları” adlı qısametrajlı bədii film ssenari planına start verilib16.10.2026 - 17:40
Peşə tanınması imtahanının nəticələri açıqlandı16.10.2026 - 17:39
Cəlilabadda əmək yarmarkası keçirilib16.10.2026 - 17:36
Mingəçevir Dövlət Universiteti QS Stars-da 4 istiqamət üzrə 5 ulduz alıb16.10.2026 - 17:35
Naxçıvanda icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı 40-a çatıb16.10.2026 - 17:28
AQTA sədri: Azərbaycan məhsulları 70-dən çox ölkəyə ixrac olunur16.10.2026 - 17:23
BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar16.10.2026 - 17:10
ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub16.10.2026 - 17:00
Peşə məktəblərində yeni hazırlanmış kurikulumların gələn tədris ilindən tətbiqi nəzərdə tutulur16.10.2026 - 16:38
ADNSU-ya yeni prorektor təyin edilib16.10.2026 - 16:24
Qarabağ Universitetində Azərbaycan və Özbəkistan universitetləri arasında 60-a yaxın memorandum imzalanıb16.10.2026 - 16:12
UFAZ tələbələri Beynəlxalq Astronavtika Konqresində elmi tədqiqatlarını təqdim ediblər16.10.2026 - 15:47
“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə16.10.2026 - 15:39
ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub16.10.2026 - 15:27
Tural Abbasov: “Siyasi elmlər üzrə təhsil alan gənclər fundamental elmi mənbələrə üstünlük verməlidirlər”16.10.2026 - 15:27
Sosial şəbəkələr yaxın münasibətləri necə dəyişir? – Sosioloqdan açıqlama16.10.2026 - 15:17
Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb16.10.2026 - 15:08