Təhsil 365 - Logo Mobile

Buxarada Azərbaycan-Özbəkistan tarixi mədəni əlaqələrinə həsr olunmuş seminar keçirildi

8116.10.2026 - 17:54
Buxarada Azərbaycan-Özbəkistan  tarixi mədəni əlaqələrinə həsr olunmuş seminar keçirildi

Buxarada təşkil olunan “Azərbaycan Mədəniyyəti: Ədəbiyyat və Sənət Həftəsi” çərçivəsində Azərbaycanın Özbəkistandakı səfiri Dr. Rəşad Məmmədovun iştirakı ilə tələbələr üçün Azərbaycan–Özbəkistan tarixi-mədəni əlaqələrinə həsr olunmuş seminar keçirilib.

“Tehsil365” xəbər verir ki, Seminarda Rəşad Məmmədov Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən çoxəsrlik tarixi, mədəni və mənəvi bağlardan bəhs edərək, iki qardaş xalq arasında münasibətlərin ortaq tarixi köklərə, zəngin ədəbi-mədəni irsə və müştərək milli-mənəvi dəyərlərə əsaslandığını bildirib. Səfir Azərbaycan və Özbəkistanın görkəmli mütəfəkkirlərinin, şairlərinin və elm xadimlərinin yaratdıqları zəngin elmi-fəlsəfi və ədəbi irsin yalnız hər iki xalqın mədəni inkişafına deyil, bütövlükdə türk-islam dünyasının və Şərq sivilizasiyasının elmi-mədəni tərəqqisinə əhəmiyyətli töhfələr verdiyini diqqətə çatdırıb.

Rəşad Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi iradəsi və birgə səyləri nəticəsində iki qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini, qarşılıqlı dövlət səfərlərinin və imzalanmış mühüm sənədlərin müttəfiqlik və əbədi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. O, dövlətlərarası əlaqələrin sürətli inkişafının elm, təhsil, mədəniyyət və digər humanitar sahələrdə yeni əməkdaşlıq imkanları yaratdığını, xüsusilə gənclər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin xalqlarımızın ortaq gələcəyi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Seminarda çıxış edən Bakı Dövlət Universitetinin Mədəni İrsin Araşdırılması Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, “İRS” beynəlxalq jurnalının müəllifi Musa Mərcanlı Azərbaycanın zəngin tarixi-mədəni irsinin tədqiqi və beynəlxalq miqyasda təbliği istiqamətində həyata keçirilən fəaliyyətlərdən bəhs edib.

Musa Mərcanlı jurnalın özbək dilində ilk nömrəsinin nəşrini Azərbaycan–Özbəkistan mədəni-humanitar əməkdaşlığının inkişafı baxımından əlamətdar hadisə kimi dəyərləndirərək, bu təşəbbüsün Azərbaycan xalqının tarixi, mədəniyyəti, incəsənəti və milli-mənəvi irsi haqqında elmi və maarifləndirici məlumatların özbək oxucularına çatdırılmasına yeni imkanlar yaratdığını bildirib.

Tədbir Azərbaycan və Özbəkistanın çoxəsrlik tarixi-mədəni əlaqələrinin gənclər arasında daha geniş tanıdılması, tələbələrin ortaq mədəni irs haqqında biliklərinin zənginləşdirilməsi, eləcə də iki qardaş ölkə arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafının təşviqi baxımından əhəmiyyətli olub. İnteraktiv şəkildə keçən seminarda səfir tələbələrin suallarını cavablandırıb.

Ayətil Quliyeva

Xəbər Lenti

Füzulinin işğaldan azad olunmasından altı il ötür16.10.2026 - 20:45
Ukrayna səfiri Xəzər Universitetində olub16.10.2026 - 19:40
Xəzərdə şəxsiyyət pozuntuları ilə bağlı seminar keçirilib16.10.2026 - 19:35
Bakıda KOYA 11 layihəsi keçirilib16.10.2026 - 19:05
Xəzər tələbələri Folklor İnstitutunda təcrübəyə başlayıb16.10.2026 - 19:00
Nazarbayev Universitetinin professoru Xəzərdə olub16.10.2026 - 18:55
NDU-da idman yarışlarına start verilib16.10.2026 - 18:52
NDU-da heyvan ekologiyası seminarı keçirilib16.10.2026 - 18:50
ADNSU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub16.10.2026 - 18:45
ADNSU-da ödənişsiz IELTS kursu başlayıb16.10.2026 - 18:43
UFAZ tələbələri üçün “KLAB” Karyera Laboratoriyası layihəsinə start verilib16.10.2026 - 18:42
ADNSU-da şirkətlə görüş keçirilib16.10.2026 - 18:40
“Environmental Protection First” müraciət etdi16.10.2026 - 18:36
ADNSU-ya yeni prorektor təyin olunub16.10.2026 - 18:35
ADNSU Astana IT-də görüşüb Keçirib16.10.2026 - 18:34
ADNSU Qazaxıstanda görüş keçirib16.10.2026 - 18:30
ADU-da səfirlə görüş keçirilib16.10.2026 - 18:25
ADU-da elmi seminar keçirilib16.10.2026 - 18:23
ADU-da konfrans baş tutub16.10.2026 - 18:20
ADU-da Müstəqilliyə həsr olunmuş tədbir keçirildi16.10.2026 - 18:10
UNEC yenə Azərbaycanda birinci oldu16.10.2026 - 18:09
Emin Əmrullayev: Birgə tədqiqatlarla daha yaxşı nəticələr əldə edə bilərik16.10.2026 - 18:01
Dr. Zhanibek Arynov Xəzər Universitetində səfərdə olub.16.10.2026 - 18:00
Coğrafiya İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb.16.10.2026 - 17:59
Buxarada Azərbaycan- Özbəkistan dostluq konserti təşkil olunun16.10.2026 - 17:59
Rəqəmsal Texnologiyalar üzrə Ekspert İşçi Qrupunun iclası keçirilib16.10.2026 - 17:57
Bakıda XII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək16.10.2026 - 17:53
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur16.10.2026 - 17:46
İtaliyada tələbələr etiraz edib16.10.2026 - 17:42
AKİ) “Arxa cəbhənin insanları” adlı qısametrajlı bədii film ssenari planına start verilib16.10.2026 - 17:40
Peşə tanınması imtahanının nəticələri açıqlandı16.10.2026 - 17:39
Cəlilabadda əmək yarmarkası keçirilib16.10.2026 - 17:36
Mingəçevir Dövlət Universiteti QS Stars-da 4 istiqamət üzrə 5 ulduz alıb16.10.2026 - 17:35
Qız tələbələrin “Vergi Akademiyası” proqramına qəbulu başlayır16.10.2026 - 17:30
Naxçıvanda icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı 40-a çatıb16.10.2026 - 17:28
AQTA sədri: Azərbaycan məhsulları 70-dən çox ölkəyə ixrac olunur16.10.2026 - 17:23
BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar16.10.2026 - 17:10
ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub16.10.2026 - 17:00
Peşə məktəblərində yeni hazırlanmış kurikulumların gələn tədris ilindən tətbiqi nəzərdə tutulur16.10.2026 - 16:38
ADNSU-ya yeni prorektor təyin edilib16.10.2026 - 16:24
Qarabağ Universitetində Azərbaycan və Özbəkistan universitetləri arasında 60-a yaxın memorandum imzalanıb16.10.2026 - 16:12
UFAZ tələbələri Beynəlxalq Astronavtika Konqresində elmi tədqiqatlarını təqdim ediblər16.10.2026 - 15:47
“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə16.10.2026 - 15:39
ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub16.10.2026 - 15:27
Tural Abbasov: “Siyasi elmlər üzrə təhsil alan gənclər fundamental elmi mənbələrə üstünlük verməlidirlər”16.10.2026 - 15:27
Sosial şəbəkələr yaxın münasibətləri necə dəyişir? – Sosioloqdan açıqlama16.10.2026 - 15:17
Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb16.10.2026 - 15:08