Təhsil 365 - Logo Mobile

Buxarada Azərbaycan- Özbəkistan dostluq konserti təşkil olunun

6816.10.2026 - 17:59
Buxarada Azərbaycan- Özbəkistan dostluq konserti təşkil olunun

Buxarada keçirilən “Azərbaycan Mədəniyyəti: Ədəbiyyat və Sənət Həftəsi” çərçivəsində şəhərin tarixi məkanlarından biri olan Kukeldaş mədrəsəsində Azərbaycan və Özbəkistan musiqiçilərinin iştirakı ilə konsert proqramı təşkil olunub.

“Tehsil365”Buxara Vilayəti Hakimliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Buxara vilayətinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, yerli sakinlər və şəhərin qonaqları iştirak ediblər.

AMM-nin direktoru Akif Marifli Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə iki ölkə arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. O, dövlət başçılarının mədəni-humanitar əməkdaşlığın genişləndirilməsinə göstərdikləri xüsusi diqqət və dəstəyin birgə mədəni layihələrin həyata keçirilməsinə geniş imkanlar yaratdığını vurğulayıb. Akif Marifli “Azərbaycan Mədəniyyəti: Ədəbiyyat və Sənət Həftəsi” çərçivəsində keçirilən tədbirlərin təşkilinə və həyata keçirilməsinə göstərilən dəstəyə görə Buxara Vilayəti Hakimliyinə, Buxara Şəhər Hakimliyinə, Buxara Dövlət Universitetinə və Özbəkistan Dövlət Filarmoniyasının Buxara vilayəti bölməsinə təşəkkürünü bildirib. O, Azərbaycan mədəniyyətinin Özbəkistanda tanıdılması və təbliğinə yönəlmiş layihələrin bundan sonra da genişləndirilərək ölkənin digər regionlarında davam etdiriləcəyini qeyd edib.

Buxara vilayət hakiminin müavini Botirjon Şaxriyorov çıxışında Azərbaycan və Özbəkistan arasında ortaq tarixi köklərə, zəngin mədəni irsə və milli-mənəvi dəyərlərə əsaslanan çoxəsrlik dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. O, Buxarada Azərbaycan mədəniyyətinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin xalqlarımız arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayaraq, bu cür layihələrin qarşılıqlı mədəni tanıtım və əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Rəsmi çıxışlardan sonra Azərbaycan və Özbəkistan musiqiçilərinin iştirakı ilə zəngin konsert proqramı təqdim olunub. Konsertdə iki qardaş xalqın zəngin musiqi irsini, milli-mədəni dəyərlərini və sənət ənənələrini əks etdirən müxtəlif musiqi əsərləri səsləndirilib.

Azərbaycan və Özbəkistan musiqiçilərinin ifasında təqdim olunan əsərlər konsertə xüsusi ahəng qataraq tamaşaçılara xoş ovqat bəxş edib. Tarixi Kukeldaş mədrəsəsində təşkil olunan konsert proqramı yerli sakinlər və şəhərin qonaqları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Konsert proqramı Azərbaycan və Özbəkistan xalqları arasında çoxəsrlik dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, zəngin musiqi irsinin qarşılıqlı təbliğinə və iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın daha da inkişafına mühüm töhfə verib.

Ayətil Quliyeva

Xəbər Lenti

Füzulinin işğaldan azad olunmasından altı il ötür16.10.2026 - 20:45
Ukrayna səfiri Xəzər Universitetində olub16.10.2026 - 19:40
Xəzərdə şəxsiyyət pozuntuları ilə bağlı seminar keçirilib16.10.2026 - 19:35
Bakıda KOYA 11 layihəsi keçirilib16.10.2026 - 19:05
Xəzər tələbələri Folklor İnstitutunda təcrübəyə başlayıb16.10.2026 - 19:00
Nazarbayev Universitetinin professoru Xəzərdə olub16.10.2026 - 18:55
NDU-da idman yarışlarına start verilib16.10.2026 - 18:52
NDU-da heyvan ekologiyası seminarı keçirilib16.10.2026 - 18:50
ADNSU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub16.10.2026 - 18:45
ADNSU-da ödənişsiz IELTS kursu başlayıb16.10.2026 - 18:43
UFAZ tələbələri üçün “KLAB” Karyera Laboratoriyası layihəsinə start verilib16.10.2026 - 18:42
ADNSU-da şirkətlə görüş keçirilib16.10.2026 - 18:40
“Environmental Protection First” müraciət etdi16.10.2026 - 18:36
ADNSU-ya yeni prorektor təyin olunub16.10.2026 - 18:35
ADNSU Astana IT-də görüşüb Keçirib16.10.2026 - 18:34
ADNSU Qazaxıstanda görüş keçirib16.10.2026 - 18:30
ADU-da səfirlə görüş keçirilib16.10.2026 - 18:25
ADU-da elmi seminar keçirilib16.10.2026 - 18:23
ADU-da konfrans baş tutub16.10.2026 - 18:20
ADU-da Müstəqilliyə həsr olunmuş tədbir keçirildi16.10.2026 - 18:10
UNEC yenə Azərbaycanda birinci oldu16.10.2026 - 18:09
Emin Əmrullayev: Birgə tədqiqatlarla daha yaxşı nəticələr əldə edə bilərik16.10.2026 - 18:01
Dr. Zhanibek Arynov Xəzər Universitetində səfərdə olub.16.10.2026 - 18:00
Coğrafiya İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb.16.10.2026 - 17:59
Rəqəmsal Texnologiyalar üzrə Ekspert İşçi Qrupunun iclası keçirilib16.10.2026 - 17:57
Buxarada Azərbaycan-Özbəkistan tarixi mədəni əlaqələrinə həsr olunmuş seminar keçirildi16.10.2026 - 17:54
Bakıda XII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək16.10.2026 - 17:53
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur16.10.2026 - 17:46
İtaliyada tələbələr etiraz edib16.10.2026 - 17:42
AKİ) “Arxa cəbhənin insanları” adlı qısametrajlı bədii film ssenari planına start verilib16.10.2026 - 17:40
Peşə tanınması imtahanının nəticələri açıqlandı16.10.2026 - 17:39
Cəlilabadda əmək yarmarkası keçirilib16.10.2026 - 17:36
Mingəçevir Dövlət Universiteti QS Stars-da 4 istiqamət üzrə 5 ulduz alıb16.10.2026 - 17:35
Qız tələbələrin “Vergi Akademiyası” proqramına qəbulu başlayır16.10.2026 - 17:30
Naxçıvanda icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı 40-a çatıb16.10.2026 - 17:28
AQTA sədri: Azərbaycan məhsulları 70-dən çox ölkəyə ixrac olunur16.10.2026 - 17:23
BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar16.10.2026 - 17:10
ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub16.10.2026 - 17:00
Peşə məktəblərində yeni hazırlanmış kurikulumların gələn tədris ilindən tətbiqi nəzərdə tutulur16.10.2026 - 16:38
ADNSU-ya yeni prorektor təyin edilib16.10.2026 - 16:24
Qarabağ Universitetində Azərbaycan və Özbəkistan universitetləri arasında 60-a yaxın memorandum imzalanıb16.10.2026 - 16:12
UFAZ tələbələri Beynəlxalq Astronavtika Konqresində elmi tədqiqatlarını təqdim ediblər16.10.2026 - 15:47
“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə16.10.2026 - 15:39
ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub16.10.2026 - 15:27
Tural Abbasov: “Siyasi elmlər üzrə təhsil alan gənclər fundamental elmi mənbələrə üstünlük verməlidirlər”16.10.2026 - 15:27
Sosial şəbəkələr yaxın münasibətləri necə dəyişir? – Sosioloqdan açıqlama16.10.2026 - 15:17
Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb16.10.2026 - 15:08