15–16 oktyabr tarixlərində Bakıda autizmli və digər əlilliyi olan şəxslərin əmək bazarında iştirak imkanlarına həsr olunmuş I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı keçirilib.
“Tehsil365” xəbər verir ki, beynəlxalq konfrans inklüziv məşğulluq sahəsində aktual məsələlərin müzakirəsi və qabaqcıl təcrübələrin öyrənilməsi baxımından mühüm platforma olub. Tədbirdə beynəlxalq ekspertlər, dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.
Konfransda inklüziv məşğulluğun inkişafı, əlilliyi olan şəxslərin peşə bacarıqlarının reallaşdırılması və bərabər imkanların təmin olunması məsələləri müzakirə edilib.
Tədbirdə Alyona Əliyevanın iştirakı inklüzivlik məsələlərinin ictimai əhəmiyyətini ön plana çıxarıb.
Konfransda Azərbaycan Dillər Universitetinin Psixologiya və Pedaqogika kafedrasının əməkdaşları — dosent Səbinə Rüstəmova, baş müəllimlər Təranə Əliyeva, Samirə Həsənova, Gülnar Abdullayeva, müəllimlər Natavan Cəfərli, Könül Mahmudova, Naibə Xiyalova və İnklüziv Təhsil Mərkəzinin mütəxəssisi Şəfiqə Əliyeva iştirak ediblər.
Qeyd edək ki, konfrans Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və bir sıra ictimai birliklərin təşkilatçılığı ilə keçirilib.

