Oktyabrın 16-da Azərbaycan Dillər Universitetinin Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzində “Google Scholar platformasında profillərin yaradılması üçün bələdçi” mövzusunda elmi-praktik seminar keçirilib.
“Tehsil365”xəbər verir ki, tədbirin moderatoru EKİXM-nin direktoru Cəmilə Əliyeva seminarın məqsədinin akademik profillərin düzgün yaradılması və elmi nəticələrin beynəlxalq platformalarda təqdimi olduğunu bildirib.
İnformasiya Xidməti və Rəqəmsallaşdırma şöbəsinin müdiri Səkinə Həsənova ORCID, Google Scholar, Scopus, Web of Science və AD Scientific Index platformalarında profil yaradılması qaydalarından danışıb.
Təlimçi dosent Pərviz Kazımi isə H-indeksinin düzgün qiymətləndirilməsi, özünəistinadlar və elmi göstəricilərə təsir edən amillər barədə məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb.

