Oktyabrın 16-da Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi ilə görüşüb.
“Tehsil365 “xəbər verir ki, görüşdə ADU-da fəaliyyət göstərən İndoneziya Araşdırmalar Mərkəzinin işindən bəhs olunub.
Rektor Kamal Abdulla İndoneziyanın müsəlman dünyasında xüsusi yer tutduğunu bildirib və iki ölkə arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Səfir Berlian Helmi səmimi qəbula görə təşəkkür edərək, ADU-da İndoneziya dili və mədəniyyətinin tədrisindən məmnunluğunu ifadə edib.
Daha sonra səfir ADU-nun “Səfir saatı” layihəsində iştirak edərək tələbələrin suallarını cavablandırıb.

