Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Qazaxıstanın Astana şəhərində Saken Seyfullin adına Qazax Aqrotexniki Tədqiqat Universitetində görüş keçirib.
“Tehsil365”xəbər verir ki, görüşdə ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil ediblər.
Qazaxıstan tərəfdən Dayanıqlı İnkişaf Mərkəzinin rəhbəri Asel Abileva, Energetika İnstitutunun dekan müavini Maksat Anuarbekov və Beynəlxalq əməkdaşlıq departamentinin direktor müavini Guzel Tulegenova iştirak ediblər.
Görüşdə akademik mobillik, müəllim mübadiləsi, birgə elmi layihələr, ikili elmi rəhbərlik və beynəlxalq konfransların təşkili məsələləri müzakirə olunub.

