Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Qazaxıstanın Astana IT Universitetində görüş keçirib.
“Tehsil365”xəbər verir ki, görüşdə ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, baş mütəxəssis İlhamə Osmanova və İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil ediblər.
Astana IT Universitetini rektor Altair Akhmetov, Kommunikasiyalar və Marketinq departamentinin direktoru Saltanat Askarova və Ümumtəhsil fənləri departamentinin direktoru Jibek Tileşova təmsil ediblər.
Görüşdə akademik mobillik, tələbə-müəllim mübadiləsi, ikili diplom proqramları və birgə elmi tədqiqatlar müzakirə olunub.

