Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Seymur Nəcəfov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) maliyyə-təsərrüfat işləri üzrə prorektoru təyin edilib.
“Tehsil365”xəbər verir ki, Seymur Nəcəfov 1987-ci ildə Bakıda anadan olub. ADNSU-da bakalavr və magistr təhsilini fərqlənmə ilə bitirib, 2009-2010-cu illərdə həqiqi hərbi xidmətdə olub.
O, əmək fəaliyyətinə Dövlət Baytarlıq Xidmətində başlayıb, daha sonra “Azərsu” ASC və Azərbaycan Dövlət İqtisad Universitetində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2024-cü ildə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Peşəkar Mühasib Sertifikatı alıb.
2026-cı ilin may ayından ADNSU-nun Maliyyə və təminat departamentinin direktoru – baş mühasibi vəzifəsini icra edib.

