Təhsil 365 - Logo Mobile

2024-cü il üçün qeyri-iş günləri açıqlandı - TƏQVİM

10015.12.2023 - 15:20
2024-cü il üçün qeyri-iş günləri açıqlandı - TƏQVİM

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Təhsil365 xəbər verir ki, 2024-cü il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;

20 yanvar – Ümumxalq hüzn günü;

8 mart – Qadınlar günü;

20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

10, 11 aprel – Ramazan bayramı;

9 may – Faşizm üzərində qələbə günü;

28 may – Müstəqillik Günü;

15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü;

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;

16, 17 iyun – Qurban bayramı;

8 noyabr – Zəfər Günü;

9 noyabr – Azərbaycan Respublikasının Dövlət bayrağı günü;

31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 3,4,5 yanvar, 25 və 26 mart, 18 və 19 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart və 18 iyun tarixləri istirahət günləridir. Beşgünlük iş həftəsində 7 yanvar iş günüdür.

2024-cü ilin fevral ayı 29 gündən, il isə 366 gündən ibarətdir.

2024-cü ildə beşgünlük iş həftəsində 239 iş günü, iş günü hesab edilməyən 105 istirahət günü, iş günü hesab edilməyən 19 bayram, 1 Ümumxalq hüzn günü, 1 Azərbaycan Respublikası Prezidenti seçkiləri günü və 1 Bələdiyyə seçkiləri günü var.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2024-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. 2024-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1 901 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2024-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1901 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

Elmina Muxtarlı

Xəbər Lenti

Peşə Təhsil Mərkəzində keçmiş məcburi köçkünlər üçün qısamüddətli təlimlərin təşviqi ilə bağlı tədbir keçirilib - FOTO03.06.2025 - 15:13
BDU-nun əcnəbi tələbələri Gəncəyə səfər ediblər03.06.2025 - 15:00
BDU-da tədqiqatçılar üçün “Elsevier”in məlumat sessiyası təşkil olunub - FOTO03.06.2025 - 14:50
Sosial-İqtisadi Kollecdə “Məzun günü” keçirilib - FOTO03.06.2025 - 14:40
AzMİU tələbələri III Respublika Olimpiadasında uğurla təmsil olunublar03.06.2025 - 14:30
SABAH incəsənət festivalı keçirili03.06.2025 - 14:20
Laçında Uşaq İncəsənət Festivalının xüsusi zonası qurulub03.06.2025 - 14:10
Bu il 55 mindən çox şagird ali təhsil ala BİLMƏYƏCƏK03.06.2025 - 13:55
Məktəbli qız voleybolçular Vətənə qayıdıblar03.06.2025 - 13:43
MÜTDA: Attestatla bağlı heç bir ödəniş tələb edilə bilməz03.06.2025 - 13:32
116 mindən çox şagird üçün “Son zəng” çalınacaq03.06.2025 - 13:21
Harvard Universiteti Tramp administrasiyasını məhkəməyə verib03.06.2025 - 13:11
Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib03.06.2025 - 13:00
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanına qeydiyyat elan edilir03.06.2025 - 12:50
“BDU könüllüləri” “Süni intellekt etikası məktəbi” layihəsini təqdim edib - FOTO03.06.2025 - 12:40
BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İstanbul Gedik Universitetinin tədqiqat imkanları ilə tanış olub03.06.2025 - 12:30
Azərbaycanlı alim Türkiyədə keçirilən beynəlxalq konfransda məruzə edib03.06.2025 - 12:20
BMU tələbələri beynəlxalq çempionatda ölkəmizi uğurla təmsil ediblər - FOTO03.06.2025 - 12:10
BDU-nun Filologiya fakültəsində özbək alimləri ilə görüş03.06.2025 - 12:00
“Pillə 3” Respublika Tələbə Tamaşaları Festivalına yekun vurulub - FOTO03.06.2025 - 11:50
Agentlik: Bu il XI sinfi 116 min 222 şagird bitirir03.06.2025 - 11:40
Qarabağ Dirçəliş Fondu Qarabağ Universitetinin 50 tələbəsinə təqaüd verəcək03.06.2025 - 11:30
BDU ilə Ankara Hacı Bayram Vəli Universiteti arasında anlaşma memorandumu imzalanıb03.06.2025 - 11:20
BANM-də Elm və Təhsil Nazirliyinin nümayəndələri ilə görüş olub03.06.2025 - 11:10
ADNSU-nun təşkilatçılığı ilə kimya elmlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir - FOTO03.06.2025 - 11:00
TÜRKSOY-un tədbirlərində azərbaycanlı alimin məruzələri dinlənilib - FOTO03.06.2025 - 10:50
Azərbaycan Universiteti RUR reytinqində 85 pillə irəliləyib03.06.2025 - 10:40
NDU-da 1975-ci ilin məzunları ilə görüş keçirilib - FOTO03.06.2025 - 10:30
Sabahın hava proqnozu açıqlanıb03.06.2025 - 10:20
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının finalçıları bəlli oldu03.06.2025 - 10:10
Qəbul imtahanlarında fənlər üzrə ən yaxşı nəticə göstərən məktəblər – SİYAHI03.06.2025 - 10:00
Qız və oğlan abituriyentlər daha çox hansı ixtisasları seçiblər?03.06.2025 - 09:50
ADU-nun tələbəsi “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi olub - FOTO03.06.2025 - 09:40
Regionlardakı ali məktəblərə qəbul olanların faizi azalıb03.06.2025 - 09:30
LDU-nun elmi jurnalı AAK siyahısına daxil edilib03.06.2025 - 09:20
I sinfə elektron qəbulu prosesi davam edir03.06.2025 - 09:10
Dövlət və özəl universitetlərdə plan yerləri nə qədər artırılıb? - STATİSTİKA03.06.2025 - 08:57
Məktəblərdə “İnsan hüquqları aylığı” ilə bağlı tədbirlər keçirilir03.06.2025 - 08:45
Ötən il qəbul imtahanlarında abituriyentlərin 41.44%-i 200-dən az bal toplayıb03.06.2025 - 08:33
Kosmik hava durumu və proqnozu açıqlanıb03.06.2025 - 08:21
BANM-də “SPE PetroBowl” çempionatının Rusiya və Xəzər regional seçmə mərhələsi olub - FOTO03.06.2025 - 08:11
Qəbulun 2-ci cəhdində iştirak üçün qeydiyyat davam edir03.06.2025 - 08:00
Bu gün görkəmli şair Nazim Hikmətin anım günüdür03.06.2025 - 07:50
Kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıtı qabaqlayır03.06.2025 - 07:40
Ali məktəblərə müsabiqədənkənar qəbul üçün sənəd qəbulu başlayır03.06.2025 - 07:30
”Bacarıqlar məktəbi” layihəsində təlimçi olmaq istəyənlərin NƏZƏRİNƏ!03.06.2025 - 07:20
BDU tələbələrinin “Ezop” tamaşası festivalda qalib olub - FOTO03.06.2025 - 07:10
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib - FOTO03.06.2025 - 07:00