Oktyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “ATS Food” şirkəti ilə görüş keçirilib.
“Tehsil365”xəbər verir ki, görüşdə iCET layihəsinin başlanması və əməkdaşlığın digər istiqamətləri müzakirə olunub.
Tədbirdə ADNSU-dan Məzunlarla iş və Karyera Mərkəzinin müdiri Şamil Əhmədov, dekan müavini İradə Xələfova, kafedra müdiri Nərgiz Sultanova, “ATS Food”dan isə İnsan resursları direktoru Rafiq Süleymanov və Təlim inkişaf şöbəsinin müdiri Pərviz Mansurov iştirak ediblər.
Görüşdə Qida mühəndisliyi ixtisası üzrə dərslərin bir hissəsinin şirkətin zavodlarında keçirilməsi, sillabusların birgə hazırlanması və tələbələr üçün master-klassların təşkili məsələləri müzakirə edilib.

