Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Xarici Dillər Mərkəzi tələbələr üçün ödənişsiz IELTS hazırlıq kursuna start verib.
“Tehsil365” xəbər verir ki, kurs Xarici Dillər Mərkəzinin peşəkar müəllimləri tərəfindən keçirilir. Dərslər həftədə bir dəfə, şənbə günləri saat 13:00-da təşkil olunur.
Kursda tələbələrə imtahanın strukturu, hazırlıq strategiyaları, Listening, Reading, Writing və Speaking bacarıqlarının inkişafı ilə bağlı məşğələlər keçirilir.

