Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
“Tehsil365”xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Ümumi işlər üzrə prorektor Elnur İsmayılov, millət vəkili Məlahət İbrahimqızı, Strateji məsələlər üzrə prorektor Vazeh Əskərov, rektorun hüquqi məsələlər üzrə müşaviri Sübhi Kazımov və dosent Yaşar Əhmədov çıxış ediblər.
Tədbir çərçivəsində Kitabxana-İnformasiya Mərkəzi tərəfindən 40-dan çox nəşrin nümayiş olunduğu sərgi təşkil edilib.

