Naxçıvan Dövlət Universitetində birinci kurs tələbələri arasında idmanın müxtəlif növləri üzrə ənənəvi seçmə yarışlara start verilib.
“Tehsil365”xəbər verir ki, yarışlar mini futbol, voleybol, stolüstü tennis, şahmat və basketbol üzrə keçiriləcək. İlk olaraq mini futbol yarışlarına start verilib.
Açılışda çıxış edən rektor Elbrus İsayev universitetdə idman strategiyasının qəbul edildiyini və əsas məqsədin ölkə və beynəlxalq səviyyədə uğur qazana biləcək komandaların hazırlanması olduğunu bildirib.
İdman Klubunun sədri Məmmədəli Rəhimov isə yarışların məqsədinin istedadlı tələbələri aşkarlayıb yığma komandaya cəlb etmək olduğunu qeyd edib.
Qeyd edək ki, yarışlarda 13 komanda iştirak edir.

