Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti kafedrasında “Heyvan ekologiyası: Ətraf mühitdən sağlamlığa, sağlamlıqdan məhsuldarlığa” mövzusunda seminar-təlim keçirilib.
“Tehsil365”xəbər verir ki, seminar professor İsa Özaydının təqdimatında baş tutub.
Təlimdə ətraf mühit amillərinin heyvanların sağlamlığına və məhsuldarlığına təsiri, baytarlıq təbabətində ekoloji yanaşmaların tətbiqi məsələləri müzakirə edilib.

