Qazaxıstanın Nazarbayev Universitetinin dosenti Dr. Zhanibek Arynov oktyabrın 16-da Xəzər Universitetində səfərdə olub.
“Tehsil365”xəbər verir ki, görüşdə Xəzər Universitetini rektorun müşaviri Zemfira Məmmədova, dekan Günel Bahəddinova, departament müdiri Orxan Vəliyev və koordinator Seyran Əliyeva təmsil ediblər.
Görüşdə iki universitet arasında əməkdaşlığın genişləndirilməsi, siyasi elmlər sahəsində birgə layihələr və ikili diplom proqramlarının yaradılması perspektivləri müzakirə olunub.

