18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Xəzər Universitetində xüsusi seminarlar təşkil olunub.
“Tehsil365”xəbər verir ki, seminarlar Tarix və arxeologiya departamentinin müəllimləri tərəfindən dərslər çərçivəsində keçirilib.
Dərslər Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tələbələrə 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası, onun tarixi əhəmiyyəti və müstəqil dövlət quruculuğu barədə məlumat verilib.

