Xəzər Universitetinin Filologiya ixtisası tələbələri AMEA Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsinə başlayıblar.
“Tehsil365”xəbər verir ki, təcrübənin başlanması ilə əlaqədar keçirilən görüşdə İnstitutun direktoru Hikmət Quliyev, şöbə müdiri Leyla Məmmədova və böyük elmi işçi Lalə Bədirova iştirak ediblər.
Direktor Hikmət Quliyev folklorun xalqın tarixi yaddaşının və milli-mədəni irsinin qorunmasında mühüm rolunu vurğulayıb və tələbələrin elmi yanaşma vərdişləri qazanmasının vacibliyini qeyd edib.
Təcrübə dekabrın sonunda başa çatacaq.

