Oktyabrın 3-7-də Bakıda “KOYA” platformasının 11-ci sessiyası keçirilib.
“Tehsil365” xəbər verir ki, layihənin məqsədi Nizami küçəsinin (Tarqovı) gələcək inkişafını dövri iqtisadiyyat prinsipləri əsasında araşdırmaq olub.
45 tələbənin iştirak etdiyi layihədə üç komanda yaradılıb və Nizami küçəsinə səfər təşkil edilib. Xəzər Universitetini memarlıq, dizayn, inşaat mühəndisliyi, psixologiya və iqtisadiyyat ixtisasları üzrə tələbələr təmsil ediblər.
Layihə çərçivəsində Xəzər Universitetinin müəllimləri Nigar Əliyeva, Aynurə Əliyeva və Dilarə Məstəliyeva mühazirə ilə çıxış ediblər.

