Oktyabrın 15-də Xəzər Universitetində “Şəxsiyyət pozuntularının klinik xüsusiyyətləri və terapiyası” mövzusunda seminar keçirilib.
“Tehsil365” xəbər verir ki, seminar Psixologiya departamentinin əməkdaşı Mirsadiq Muxtarov və Psixologiya klubunun birgə təşkilatçılığı ilə baş tutub.
Seminarda şəxsiyyət pozuntularının klinik xüsusiyyətləri, yaranma amilləri, diaqnostik meyarları və müasir terapiya yanaşmaları müzakirə edilib.

