Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev oktyabrın 16-da Xəzər Universitetinə səfər edib.
“Tehsil365” xəbər verir ki, səfər çərçivəsində rektor Raziyə İsayeva ilə görüş keçirilib.
Daha sonra səfir tələbələrə Ukrayna-Azərbaycan münasibətlərinə həsr olunmuş seminar keçib və tələbələrin suallarını cavablandırıb. Sonda səfirə tələbənin əl işi təqdim edilib.

