Təhsil 365 - Logo Mobile

Füzulinin işğaldan azad olunmasından altı il ötür

4216.10.2026 - 20:45
Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür.

“Tehsil365” Axar.az -a istinadən xəbər verir ki,oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib.

Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub.

Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb.

Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb.

Qeyd edək ki, Azərbaycanın iri yaşayış məskənlərindən biri olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə Füzuli rayonu təşkil olunub və Qaryagin adlandırılıb. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə edib. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb. Rayonun ərazisi 1 386 kvadratkilometrdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir.

1993-cü ilin avqust ayının 23-də Ermənistan Silahlı Qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdu.

Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Füzuli rayonu digər yaşayış məntəqələrimizlə yanaşı, erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.


Nuranə Mərdiyeva

Xəbər Lenti

Ukrayna səfiri Xəzər Universitetində olub16.10.2026 - 19:40
Xəzərdə şəxsiyyət pozuntuları ilə bağlı seminar keçirilib16.10.2026 - 19:35
Bakıda KOYA 11 layihəsi keçirilib16.10.2026 - 19:05
Xəzər tələbələri Folklor İnstitutunda təcrübəyə başlayıb16.10.2026 - 19:00
Nazarbayev Universitetinin professoru Xəzərdə olub16.10.2026 - 18:55
NDU-da idman yarışlarına start verilib16.10.2026 - 18:52
NDU-da heyvan ekologiyası seminarı keçirilib16.10.2026 - 18:50
ADNSU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub16.10.2026 - 18:45
ADNSU-da ödənişsiz IELTS kursu başlayıb16.10.2026 - 18:43
UFAZ tələbələri üçün “KLAB” Karyera Laboratoriyası layihəsinə start verilib16.10.2026 - 18:42
ADNSU-da şirkətlə görüş keçirilib16.10.2026 - 18:40
“Environmental Protection First” müraciət etdi16.10.2026 - 18:36
ADNSU-ya yeni prorektor təyin olunub16.10.2026 - 18:35
ADNSU Astana IT-də görüşüb Keçirib16.10.2026 - 18:34
ADNSU Qazaxıstanda görüş keçirib16.10.2026 - 18:30
ADU-da səfirlə görüş keçirilib16.10.2026 - 18:25
ADU-da elmi seminar keçirilib16.10.2026 - 18:23
ADU-da konfrans baş tutub16.10.2026 - 18:20
ADU-da Müstəqilliyə həsr olunmuş tədbir keçirildi16.10.2026 - 18:10
UNEC yenə Azərbaycanda birinci oldu16.10.2026 - 18:09
Emin Əmrullayev: Birgə tədqiqatlarla daha yaxşı nəticələr əldə edə bilərik16.10.2026 - 18:01
Dr. Zhanibek Arynov Xəzər Universitetində səfərdə olub.16.10.2026 - 18:00
Buxarada Azərbaycan- Özbəkistan dostluq konserti təşkil olunun16.10.2026 - 17:59
Coğrafiya İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb.16.10.2026 - 17:59
Rəqəmsal Texnologiyalar üzrə Ekspert İşçi Qrupunun iclası keçirilib16.10.2026 - 17:57
Buxarada Azərbaycan-Özbəkistan tarixi mədəni əlaqələrinə həsr olunmuş seminar keçirildi16.10.2026 - 17:54
Bakıda XII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək16.10.2026 - 17:53
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur16.10.2026 - 17:46
İtaliyada tələbələr etiraz edib16.10.2026 - 17:42
AKİ) “Arxa cəbhənin insanları” adlı qısametrajlı bədii film ssenari planına start verilib16.10.2026 - 17:40
Peşə tanınması imtahanının nəticələri açıqlandı16.10.2026 - 17:39
Cəlilabadda əmək yarmarkası keçirilib16.10.2026 - 17:36
Mingəçevir Dövlət Universiteti QS Stars-da 4 istiqamət üzrə 5 ulduz alıb16.10.2026 - 17:35
Qız tələbələrin “Vergi Akademiyası” proqramına qəbulu başlayır16.10.2026 - 17:30
Naxçıvanda icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı 40-a çatıb16.10.2026 - 17:28
AQTA sədri: Azərbaycan məhsulları 70-dən çox ölkəyə ixrac olunur16.10.2026 - 17:23
BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar16.10.2026 - 17:10
ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub16.10.2026 - 17:00
Peşə məktəblərində yeni hazırlanmış kurikulumların gələn tədris ilindən tətbiqi nəzərdə tutulur16.10.2026 - 16:38
ADNSU-ya yeni prorektor təyin edilib16.10.2026 - 16:24
Qarabağ Universitetində Azərbaycan və Özbəkistan universitetləri arasında 60-a yaxın memorandum imzalanıb16.10.2026 - 16:12
UFAZ tələbələri Beynəlxalq Astronavtika Konqresində elmi tədqiqatlarını təqdim ediblər16.10.2026 - 15:47
“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə16.10.2026 - 15:39
ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub16.10.2026 - 15:27
Tural Abbasov: “Siyasi elmlər üzrə təhsil alan gənclər fundamental elmi mənbələrə üstünlük verməlidirlər”16.10.2026 - 15:27
Sosial şəbəkələr yaxın münasibətləri necə dəyişir? – Sosioloqdan açıqlama16.10.2026 - 15:17
Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb16.10.2026 - 15:08