Azərbaycan Texniki Universiteti (AzTU) Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlığını genişləndirir.
“Tehsil365” xəbər verir ki, oktyabrın 16-da Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan–Özbəkistan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib. Forum çərçivəsində Azərbaycan Texniki Universiteti Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb.
Sənədlər Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti, Termez Dövlət Mühəndislik və Aqrotexnologiyalar Universiteti, Beynəlxalq Türk Dövlətləri Universiteti, Cizzax Politexnik İnstitutu, Səmərqənd Dövlət Universiteti, Daşkənd Dövlət Nəqliyyat Universiteti və Fərqanə Dövlət Universiteti ilə imzalanıb.
İmzalanmış sənədlər təhsil, elmi tədqiqat və akademik mübadilə sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Əməkdaşlıq mühəndislik, nəqliyyat, energetika və informasiya texnologiyaları sahələrini əhatə edir.

