Təhsil 365 - Logo Mobile

ADNSU Astanada sərgiyə qatıldı

2317.10.2026 - 18:25
ADNSU Astanada sərgiyə qatıldı

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Qazaxıstanın paytaxtı Astanada keçirilən Beynəlxalq Təhsil Sərgisində (IEF 2026) ilk dəfə iştirak edir.

“Tehsil365” xəbər verir ki, ADNSU builki sərgidə iştirak edən yeganə Azərbaycan universiteti olaraq təhsil proqramlarını və beynəlxalq təhsil imkanlarını təqdim edir.

Sərgidə 20-dən artıq ölkədən ümumilikdə 86 universitet, eləcə də müxtəlif təşkilatlar iştirak edir. Təşkilatçıların məlumatına görə, builki sərgilərdə iştirak üçün 15 mindən çox şəxs qeydiyyatdan keçib.

Oktyabrın 17-də Astana şəhərində keçirilən sərgidə ADNSU-nun stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Qazaxıstan vətəndaşları, eləcə də bu ölkədə yaşayan müxtəlif millətlərdən olan gənclər universitetdə təhsil almaq imkanları ilə yaxından tanış olublar.

Ziyarətçilər bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil proqramları, tələbə mübadiləsi imkanları və əcnəbi tələbələrin qəbulu ilə bağlı çoxsaylı suallar ünvanlayıblar. Universitet nümayəndələri qəbul şərtləri, müraciət qaydaları, tədris dili və ixtisas seçimi barədə ətraflı məlumat veriblər. Həmçinin ADNSU-nun beynəlxalq əməkdaşlıqları, akademik mühiti və Bakıda tələbə həyatı haqqında məlumatlar təqdim olunub.

Sərgidə universiteti Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil edirlər.

2017-ci ildən ildə iki dəfə təşkil olunan Beynəlxalq Təhsil Sərgisi xaricdə təhsil almaq istəyən gəncləri universitet nümayəndələri ilə bir araya gətirir. Tədbir iştirakçılara müxtəlif ölkələrin ali təhsil müəssisələrini tanımaq, təhsil proqramlarını müqayisə etmək və qəbul prosesi ilə bağlı suallarına birbaşa cavab almaq imkanı yaradır.

Qeyd edək ki, dörd ölkənin beş şəhərini əhatə edən sərgi turunun ilk tədbiri Astanada keçirilib. Növbəti sərgilər oktyabrın 18-də Almatıda, oktyabrın 20-də Bişkekdə, oktyabrın 22-də Daşkənddə təşkil olunacaq. Tur oktyabrın 24-də Bakıda keçiriləcək sərgi ilə yekunlaşacaq.

Fidan Abışova

Xəbər Lenti

Sərgiyə xüsusi avtobuslar ayrıldı17.10.2026 - 19:00
Füzulidə Şəhər Günü keçirildi17.10.2026 - 18:55
ADNSU elmi seminar keçirdi17.10.2026 - 18:40
ADNSU tələbələri institutda oldular17.10.2026 - 18:35
ADU rektoru görüş keçirdi17.10.2026 - 18:15
Gəncə terrorundan 6 il ötür17.10.2026 - 13:30
Atlantik və Sakit okeanlar niyə bir-birinə qarışmır?17.10.2026 - 13:20
Azərbaycanda dövlət qurumlarının saytına giriş dayandı17.10.2026 - 13:17
Bakıda yeni müntəzəm avtobus marşrutu açılır17.10.2026 - 13:00
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər17.10.2026 - 12:58
Yunanıstanda 8 türk məktəbi bağlanıb17.10.2026 - 12:56
Romada məktəblilər Təhsil Nazirliyinə hücum etdi 17.10.2026 - 12:54
Sabah 31 dərəcə isti olacaq17.10.2026 - 12:52
Britaniyada məktəblərdə şagirdlərin danışıq bacarıqları da qiymətləndiriləcək17.10.2026 - 12:51
IELTS sertifikatına görə əlavə ballar ləğv edilə bilər17.10.2026 - 12:49
Qazaxda 12 yaşlı qızı avtomobil vurub, vəziyyəti ağırdır17.10.2026 - 12:48
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib17.10.2026 - 12:44
Azərbaycan məktəbli geyimində Avropaya nümunədir - İsveçrə mediası17.10.2026 - 12:41
Xaker milyonlarla məktəblinin fərdi məlumatlarına çıxış əldə edib17.10.2026 - 12:39
Qarabağ Universiteti “Rebuild Garabagh” hakatonunda 4-cü yeri tutub17.10.2026 - 12:37
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib17.10.2026 - 12:30
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq17.10.2026 - 12:27
AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb17.10.2026 - 12:22
İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb17.10.2026 - 12:21
G20 Dinlərarası Forumu çərçivəsində görüşlər baş tutub17.10.2026 - 12:18
“Öz yazarını seç” – onlayn səsverməyə start verilir17.10.2026 - 12:15
DSX-nin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edildi17.10.2026 - 08:30
Məktəblərlə bağlı yeni qayda - Məcburi ola bilər17.10.2026 - 08:23
Füzulinin işğaldan azad olunmasından altı il ötür16.10.2026 - 20:45
Xankəndidə Rektorlar Forumu keçirildi16.10.2026 - 20:00
Ukrayna səfiri Xəzər Universitetində olub16.10.2026 - 19:40
Xəzərdə şəxsiyyət pozuntuları ilə bağlı seminar keçirilib16.10.2026 - 19:35
Bakıda KOYA 11 layihəsi keçirilib16.10.2026 - 19:05
Xəzər tələbələri Folklor İnstitutunda təcrübəyə başlayıb16.10.2026 - 19:00
Nazarbayev Universitetinin professoru Xəzərdə olub16.10.2026 - 18:55
NDU-da idman yarışlarına start verilib16.10.2026 - 18:52
NDU-da heyvan ekologiyası seminarı keçirilib16.10.2026 - 18:50
ADNSU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub16.10.2026 - 18:45
ADNSU-da ödənişsiz IELTS kursu başlayıb16.10.2026 - 18:43
UFAZ tələbələri üçün “KLAB” Karyera Laboratoriyası layihəsinə start verilib16.10.2026 - 18:42
ADNSU-da şirkətlə görüş keçirilib16.10.2026 - 18:40
“Environmental Protection First” müraciət etdi16.10.2026 - 18:36
ADNSU-ya yeni prorektor təyin olunub16.10.2026 - 18:35
ADNSU Astana IT-də görüşüb Keçirib16.10.2026 - 18:34
ADNSU Qazaxıstanda görüş keçirib16.10.2026 - 18:30
ADU-da səfirlə görüş keçirilib16.10.2026 - 18:25
ADU-da elmi seminar keçirilib16.10.2026 - 18:23