Təhsil 365 - Logo Mobile

18 Oktyabr – Milli Dövlətçiliyimizin Yenidən Doğuluşu

5218.10.2026 - 09:43
18 Oktyabr – Milli Dövlətçiliyimizin Yenidən Doğuluşu

Azərbaycan xalqının tarixində elə günlər var ki, onların mənası yalnız keçmişlə deyil, həm də bu günümüz və gələcəyimizlə ölçülür. 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü məhz belə əlamətdar tarixlərdəndir. Bu gün xalqımızın azadlıq iradəsini, milli kimliyini, dövlətçilik ənənələrinə bağlılığını və öz taleyini müstəqil müəyyənləşdirmək əzmini təcəssüm etdirir.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı Azərbaycanın müasir tarixində yeni bir səhifə açaraq milli dövlətçiliyimizin yenidən dirçəlişinə hüquqi əsas yaratdı.

Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti mühüm mərhələ təşkil edir. 1993-cü ildə onun siyasi hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin təmin edilməsi, dövlət institutlarının gücləndirilməsi və iqtisadi inkişafın əsaslarının yaradılması istiqamətində mühüm addımlar atıldı. Dövlətçilik düşüncəsinin mərkəzində Azərbaycanın müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi və ölkənin gələcək inkişafının təmin edilməsi dayanırdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji strategiyasının formalaşmasında və beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsində əhəmiyyətli rol oynadı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi isə hüquqi dövlət quruculuğunun əsaslarını möhkəmləndirdi. Heydər Əliyevin dövlətçilik irsi müstəqilliyin qorunması, milli birliyin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi kimi istiqamətlərlə səciyyələnir. Bu irsin əhəmiyyəti dövlət müstəqilliyinin yalnız bir tarixi hadisə deyil, davamlı siyasi, iqtisadi və mənəvi məsuliyyət olduğunu anlamaqda özünü göstərir.

Dövlət müstəqilliyinin möhkəm dayaqlarından biri milli kimliyin qorunmasıdır. Azərbaycan dili, zəngin ədəbi irsimiz, adət-ənənələrimiz və mədəniyyətimiz xalqımızın tarixi yaddaşını yaşadan əsas dəyərlərdəndir. Bu dəyərlərin qorunması və inkişaf etdirilməsi dövlətçilik şüurunun möhkəmlənməsinə, milli birliyin güclənməsinə və gələcək nəsillərin öz köklərinə bağlı yetişməsinə xidmət edir. 18 Oktyabrın tarixi əhəmiyyəti keçmişdə qazanılmış nailiyyətləri xatırlatmaqla bitmir. Bu gün həm də müstəqilliyin qorunması, dövlətçiliyin inkişafı və milli maraqların gələcək nəsillərə ötürülməsi məsuliyyətini gündəmə gətirir. Hər bir vətəndaşın öz ölkəsinin inkişafına töhfə verməsi, qanunlara hörmətlə yanaşması, milli dəyərləri qoruması və ictimai məsuliyyət nümayiş etdirməsi müstəqil dövlətin güclənməsində mühüm rol oynayır. Azərbaycanın müstəqillik tarixi xalqın iradəsinin, dövlətçilik təcrübəsinin və gələcəyə inamının tarixidir. Bu tarixin hər mərhələsi göstərir ki, milli dövlətçiliyin möhkəmliyi xalqın birliyindən, dövlət institutlarının gücündən və ölkənin qarşısına qoyduğu məqsədlərə ardıcıl şəkildə yönəlməsindən asılıdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, gənc alim

Gülöyşə Azadqızı

 

Nuranə Mərdiyeva

Xəbər Lenti

Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib18.10.2026 - 13:56
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib18.10.2026 - 12:21
Sabah 25 dərəcə isti olacaq18.10.2026 - 12:17
Sərgiyə xüsusi avtobuslar ayrıldı17.10.2026 - 19:00
Füzulidə Şəhər Günü keçirildi17.10.2026 - 18:55
ADNSU elmi seminar keçirdi17.10.2026 - 18:40
ADNSU tələbələri institutda oldular17.10.2026 - 18:35
ADNSU Astanada sərgiyə qatıldı17.10.2026 - 18:25
ADU rektoru görüş keçirdi17.10.2026 - 18:15
Gəncə terrorundan 6 il ötür17.10.2026 - 13:30
Atlantik və Sakit okeanlar niyə bir-birinə qarışmır?17.10.2026 - 13:20
Azərbaycanda dövlət qurumlarının saytına giriş dayandı17.10.2026 - 13:17
Bakıda yeni müntəzəm avtobus marşrutu açılır17.10.2026 - 13:00
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər17.10.2026 - 12:58
Yunanıstanda 8 türk məktəbi bağlanıb17.10.2026 - 12:56
Romada məktəblilər Təhsil Nazirliyinə hücum etdi 17.10.2026 - 12:54
Sabah 31 dərəcə isti olacaq17.10.2026 - 12:52
Britaniyada məktəblərdə şagirdlərin danışıq bacarıqları da qiymətləndiriləcək17.10.2026 - 12:51
IELTS sertifikatına görə əlavə ballar ləğv edilə bilər17.10.2026 - 12:49
Qazaxda 12 yaşlı qızı avtomobil vurub, vəziyyəti ağırdır17.10.2026 - 12:48
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib17.10.2026 - 12:44
Azərbaycan məktəbli geyimində Avropaya nümunədir - İsveçrə mediası17.10.2026 - 12:41
Xaker milyonlarla məktəblinin fərdi məlumatlarına çıxış əldə edib17.10.2026 - 12:39
Qarabağ Universiteti “Rebuild Garabagh” hakatonunda 4-cü yeri tutub17.10.2026 - 12:37
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib17.10.2026 - 12:30
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq17.10.2026 - 12:27
AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb17.10.2026 - 12:22
İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb17.10.2026 - 12:21
G20 Dinlərarası Forumu çərçivəsində görüşlər baş tutub17.10.2026 - 12:18
“Öz yazarını seç” – onlayn səsverməyə start verilir17.10.2026 - 12:15
DSX-nin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edildi17.10.2026 - 08:30
Məktəblərlə bağlı yeni qayda - Məcburi ola bilər17.10.2026 - 08:23
Füzulinin işğaldan azad olunmasından altı il ötür16.10.2026 - 20:45
Xankəndidə Rektorlar Forumu keçirildi16.10.2026 - 20:00
Ukrayna səfiri Xəzər Universitetində olub16.10.2026 - 19:40
Xəzərdə şəxsiyyət pozuntuları ilə bağlı seminar keçirilib16.10.2026 - 19:35
Bakıda KOYA 11 layihəsi keçirilib16.10.2026 - 19:05
Xəzər tələbələri Folklor İnstitutunda təcrübəyə başlayıb16.10.2026 - 19:00
Nazarbayev Universitetinin professoru Xəzərdə olub16.10.2026 - 18:55
NDU-da idman yarışlarına start verilib16.10.2026 - 18:52
NDU-da heyvan ekologiyası seminarı keçirilib16.10.2026 - 18:50
ADNSU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub16.10.2026 - 18:45
ADNSU-da ödənişsiz IELTS kursu başlayıb16.10.2026 - 18:43
UFAZ tələbələri üçün “KLAB” Karyera Laboratoriyası layihəsinə start verilib16.10.2026 - 18:42
ADNSU-da şirkətlə görüş keçirilib16.10.2026 - 18:40
“Environmental Protection First” müraciət etdi16.10.2026 - 18:36
ADNSU-ya yeni prorektor təyin olunub16.10.2026 - 18:35