Təhsil 365 - Logo Mobile

AMEA Beynəlxalq Türk Akademiyaları Birliyinə rəhbərlik edəcək

4819.10.2026 - 08:48
AMEA Beynəlxalq Türk Akademiyaları Birliyinə rəhbərlik edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Qazaxıstan Respublikası Prezidenti yanında Qazaxıstan Milli Elmlər Akademiyasının 80 illik yubileyində iştirak edib. Almatı şəhərində, akademiyanın Böyük Akt zalında keçirilən təntənəli yubiley iclasını qurumun prezidenti akademik Axılbek Kurişbayev açıb. Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek Qazaxıstan Respublikasının Prezidenti Qasım-Comərd Tokayevin təbrik məktubunu iştirakçılara çatdırıb. Daha sonra akademik Axılbek Kurişbayev akademiyanın 80 illik inkişaf yolu və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib.

“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, Tədbirdə Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər, Çin Milli Elmlər Akademiyasının Beynəlxalq Əməkdaşlıq Bürosunun direktoru Yin Li, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Nikolay Makarov, Qırğızıstan Elmlər Akademiyasının prezidenti akademik Bekmamat Çenbayev, Özbəkistan Elmlər Akademiyasının birinci vitse-prezidenti akademik Şamansur Saqdullayev, Monqolustan Elmlər Akademiyasının vitse-prezidenti akademik Seqmed Serendorj, Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru akademik Canseit Tuymebayev və başqaları təbrik nitqi söyləyiblər. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli də çıxış edərək ölkələrimiz arasındakı elmi əlaqələrin tarixindən, inkişaf mərhələlərindən və mühüm elmi nailiyyətlərindən danışıb, Qazaxıstan Milli Elmlər Akademiyasının kollektivini əlamətdar yubiley münasibətilə təbrik edib.

Almatı şəhərində, həmçinin Beynəlxalq Türk Akademiyaları Birliyinin IX Assambleyası keçirilib. Növbəlilik əsasında 2025–2026-cı illərdə Beynəlxalq Türk Akademiyaları Birliyinə rəhbərlik etmiş Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər rəhbərlik etdiyi dövrdə həyata keçirilmiş tədbirlər və nəşrlər haqqında hesabat məruzəsi ilə çıxış edib. Birliyin üzvü olan Qazaxıstan, Özbəkistan və Qırğızıstan elmlər akademiyalarının rəhbərləri, eləcə də tədbirdə məşvərətçi üzv kimi iştirak edən Monqolustan Elmlər Akademiyasının təmsilçisi çıxış edərək Türk dünyasında elm sahəsində əlaqələrin inkişaf etdirilməsində qurumun rolundan və səylərindən söz açıb, təkliflərini səsləndiriblər. Akademik İsa Həbibbəyli hesabat dövrü ərzində Türk dünyası ölkələri ilə əlaqələr sahəsində ölkəmizdə həyata keçirilmiş tədbirlər haqqında məlumat verib.

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Asxat Kesıkbayev 2027–2028-ci illərdə quruma növbə üzrə Azərbaycan Milli Elmlər Akademiyasının sədrlik edəcəyini elan edib. Qeyd edək ki, AMEA 2019–2020-ci illərdə də Beynəlxalq Türk Akademiyaları Birliyinə sədrlik edib. Beynəlxalq Türk Akademiyaları Birliyinin X Assambleyasının 2027-ci ildə Qırğızıstan Elmlər Akademiyasında keçirilməsi qərara alınıb.

Bundan başqa, yeni yaradılmış Beynəlxalq Çöl Sivilizasiyası Konsorsiumunun təsis yığıncağı keçirilib. AMEA bu beynəlxalq konsorsiumun üzvlüyündə təmsil olunur. Türk Akademiyaları Birliyinə üzv ölkələrin elmlər akademiyalarının rəhbərləri Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində rəqəmsallaşma və süni intellekt sahəsində aparılan işlərlə də tanış olublar. Sonra akademiya rəhbərləri ilə universitetin professor-müəllim heyəti və tələbələrinin görüşü təşkil edilib.

Əzizə Qayıtmazova

Xəbər Lenti

86 nəfərin IELTS imtahanının xərcləri qarşılanıb19.10.2026 - 12:53
BMU magistrantı Çində beynəlxalq konfransda məruzə ilə çıxış edib19.10.2026 - 12:50
Ramiz Mehdiyev AMEA-dan da çıxarılır19.10.2026 - 12:49
Taksi sürücüləri üçün test imtahanına 1578 nəfər qatılacaq19.10.2026 - 12:48
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb19.10.2026 - 12:43
İşğaldan azad olunmuş ərazilərdə 10 mindən çox abonent qazla təmin olunur19.10.2026 - 12:38
Pedro Sançes: Tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılıb19.10.2026 - 12:33
Məzahir Məmmədli:"Bizim ən böyük təhsilimizin problemi repetitorluq problemidir"19.10.2026 - 11:40
ABŞ-də keçirilən beynəlxalq olimpiadanın qalibi19.10.2026 - 11:19
Xaricdə təhsil alan 700-dən çox məzunun ölkədə işləməsi üçün işlər gedir19.10.2026 - 11:17
BMU BRAUIC beynəlxalq akademik konsorsiumuna üzv olub19.10.2026 - 11:14
Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb19.10.2026 - 11:12
Dövlət xaricdə təhsil alan gənclərdən nəticə gözləyir19.10.2026 - 11:10
"Şagird-məzun" sistemi üzrə təqvim planı təsdiqlənib19.10.2026 - 11:07
ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub19.10.2026 - 11:05
“Şəhidin səsi” proqramının növbəti buraxılışı Əmrah Əkbərovun xatirəsinə həsr olunacaq19.10.2026 - 09:41
Beynəlxalq nümayəndələr İçərişəhərdə olublar19.10.2026 - 09:35
Amerikada keçirilən Türk festivalında Azərbaycan təmsil olunub19.10.2026 - 09:30
Azərbaycanlı məktəbliləri maraqlı ixtira nümayiş ediblər19.10.2026 - 09:24
XII Bakı Beynəlxalq Kitab Sərgisinin yenilikləri haqqında məlumat verilib19.10.2026 - 09:20
Azərbaycan Ümumdünya Qadın Parlamentarilər Forumunda təmsil olunub19.10.2026 - 09:15
“Divanü lüğat-it-türk”ün unikal tərcüməsindən danışlıb19.10.2026 - 08:59
Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olunub19.10.2026 - 08:53
124 ölkədən iştirakçılar bir araya gələcək19.10.2026 - 08:51
Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb19.10.2026 - 08:42
Sabah rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir19.10.2026 - 08:36
ABŞ və Özbəkistan arasında saziş imzalanıb19.10.2026 - 08:29
Dövlət İmtahan Mərkəzi “Təqvim planı”-nı təsdiq edilib19.10.2026 - 08:25
Azərbaycan Basketbol Liqası: III turun daha bir oyunu bu gün keçiriləcək19.10.2026 - 08:17
Minik avtomobili sürücüləri üçün test imtahanı keçiriləcək19.10.2026 - 08:05
Xəzərdə zəlzələ oldu19.10.2026 - 07:53
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi19.10.2026 - 07:43
Anar Bayramov səhiyyə naziri təyin edildi19.10.2026 - 07:36
Dünyada ölüm hallarını artıra biləcək amillərdən biri açıqlandı19.10.2026 - 07:30
Çində 200-dən çox uşağı qurğuşunla zəhərləyən bağça direktoru ömürlük həbs edildi19.10.2026 - 07:29
Atmosferdə karbon qazının artması çörəyin həcmini azalda bilər19.10.2026 - 07:25
Sahibkarlar "SİMA İmza" səlahiyyətini onlayn və müddətsiz ötürə bilərlər19.10.2026 - 07:20
Üzüm saplağının inanılmaz faydaları...19.10.2026 - 07:14
"Şagird-məzun" sistemi üzrə təqvim planı təsdiqləndi19.10.2026 - 07:10
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib19.10.2026 - 07:04
Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək19.10.2026 - 06:55
Azərbaycanda özəl məktəblərin yuxarı siniflərində şagird sayı 20 faizə yaxın artıb19.10.2026 - 06:50
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib18.10.2026 - 13:56
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib18.10.2026 - 12:21
Sabah 25 dərəcə isti olacaq18.10.2026 - 12:17
18 Oktyabr – Milli Dövlətçiliyimizin Yenidən Doğuluşu18.10.2026 - 09:43
Sərgiyə xüsusi avtobuslar ayrıldı17.10.2026 - 19:00