Təhsil 365 - Logo Mobile

Amerikada keçirilən Türk festivalında Azərbaycan təmsil olunub

5019.10.2026 - 09:30
 Amerikada keçirilən Türk festivalında Azərbaycan təmsil olunub

ABŞ-nin paytaxtı Vaşinqtonda 24-cü ənənəvi Türk festivalı keçirilib.

“Tehsil365” AZƏRTAC -a istinadən xəbər verir ki, festival münasibətilə şəhərin mərkəzində yerləşən Pensilvaniya prospektinin bir hissəsi avtomobillərin hərəkətinə bağlanıb. Minlərlə insanın qatıldığı tədbirdə Türkiyə, Azərbaycan və digər türkdilli xalqların milli mədəniyyəti, musiqisi, rəqsləri və mətbəx nümunələri nümayiş etdirilib.

Bu il festivalda Azərbaycan öz mədəniyyəti ilə geniş şəkildə təmsil olunub. Vaşinqton və ətraf ştatlarda yaşayan azərbaycanlı musiqiçilərin çıxışları tədbir iştirakçılarına əsl bayram əhvali-ruhiyyəsi yaşadıb.

Azərbaycan Evinin təqdim etdiyi konsert proqramında müğənnilər Günay Quliyeva, Zaur Cəlil və Bəhruz Fərruxi, eləcə də DJ Bazaur çıxış ediblər. Azərbaycan musiqisinin sədaları altında təkcə soydaşlarımız deyil, xarici qonaqlar da rəqs ediblər.

Konsert proqramında iştirak edən azərbaycanlı müğənni Zaur Cəlil Vaşinqtonun mərkəzində Azərbaycan musiqisini səsləndirməkdən məmnunluq duyduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın Müstəqilliyinin Bərpası Günündə səhnəyə çıxaraq ölkəmizi təmsil etmək onun üçün xüsusi əhəmiyyət daşıyır.

Festivalda Azərbaycan mətbəxi də ziyarətçilərin marağına səbəb olub. Artıq neçə ildir ki, Azərbaycan təamları tədbirin ən çox diqqətçəkən guşələrindən birinə çevrilib. Milli yeməklərimizi dadmaq üçün stendlərə yaxınlaşanlar arasında Azərbaycan haqqında ilk dəfə eşidənlərlə yanaşı, mətbəximizlə əvvəldən tanış olanlar da olub. Ziyarətçilərə milli təamlarla yanaşı, ölkəmizin tarixi, mədəniyyəti və adət-ənənələri barədə məlumat verilib.

Festivalda Azərbaycan yalnız milli musiqisi və mətbəxi ilə deyil, Amerikada yaşayan soydaşlarımızın yaradıcılıq nümunələri ilə də təmsil olunub.

Onlardan biri də Nigar Mustafayevadır. Daun sindromlu Nigar artıq beşinci ildir ki, Türk festivalında öz əl işlərini nümayiş etdirir. Təbii daşlardan hazırladığı qolbaq və boyunbağılar ziyarətçilərə təqdim olunub. O, əl işlərində Azərbaycan Bayrağının rənglərindən də istifadə edir.

Nigarın atası bildirib ki, qızının hazırladığı bəzək əşyaları Amerikada tanınır və sevilir. Onun sözlərinə görə, Nigar böyük həvəslə hazırladığı əl işlərini festival iştirakçılarına təqdim edir. Ailəsi də bu fəaliyyətində ona dəstək göstərir.

Atası qeyd edib ki, festivalda iştirak onlar üçün yalnız Nigarın yaradıcılığını nümayiş etdirmək deyil, həm də Azərbaycanı təmsil etmək imkanıdır. Onlar ziyarətçilərə ölkəmizin tarixi, mədəniyyəti və milli dəyərləri haqqında da məlumat verirlər.

Beləliklə, Azərbaycan musiqisinin sədaları, milli təamlarımız və soydaşlarımızın yaradıcılıq nümunələri Vaşinqtonun mərkəzində əsl Azərbaycan ab-havası yaradıb. Festival milli mədəniyyətimizin Amerika ictimaiyyətinə tanıdılması üçün növbəti fürsət olub.


Əzizə Qayıtmazova

Xəbər Lenti

86 nəfərin IELTS imtahanının xərcləri qarşılanıb19.10.2026 - 12:53
BMU magistrantı Çində beynəlxalq konfransda məruzə ilə çıxış edib19.10.2026 - 12:50
Ramiz Mehdiyev AMEA-dan da çıxarılır19.10.2026 - 12:49
Taksi sürücüləri üçün test imtahanına 1578 nəfər qatılacaq19.10.2026 - 12:48
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb19.10.2026 - 12:43
İşğaldan azad olunmuş ərazilərdə 10 mindən çox abonent qazla təmin olunur19.10.2026 - 12:38
Pedro Sançes: Tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılıb19.10.2026 - 12:33
Məzahir Məmmədli:"Bizim ən böyük təhsilimizin problemi repetitorluq problemidir"19.10.2026 - 11:40
ABŞ-də keçirilən beynəlxalq olimpiadanın qalibi19.10.2026 - 11:19
Xaricdə təhsil alan 700-dən çox məzunun ölkədə işləməsi üçün işlər gedir19.10.2026 - 11:17
BMU BRAUIC beynəlxalq akademik konsorsiumuna üzv olub19.10.2026 - 11:14
Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb19.10.2026 - 11:12
Dövlət xaricdə təhsil alan gənclərdən nəticə gözləyir19.10.2026 - 11:10
"Şagird-məzun" sistemi üzrə təqvim planı təsdiqlənib19.10.2026 - 11:07
ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub19.10.2026 - 11:05
“Şəhidin səsi” proqramının növbəti buraxılışı Əmrah Əkbərovun xatirəsinə həsr olunacaq19.10.2026 - 09:41
Beynəlxalq nümayəndələr İçərişəhərdə olublar19.10.2026 - 09:35
Azərbaycanlı məktəbliləri maraqlı ixtira nümayiş ediblər19.10.2026 - 09:24
XII Bakı Beynəlxalq Kitab Sərgisinin yenilikləri haqqında məlumat verilib19.10.2026 - 09:20
Azərbaycan Ümumdünya Qadın Parlamentarilər Forumunda təmsil olunub19.10.2026 - 09:15
“Divanü lüğat-it-türk”ün unikal tərcüməsindən danışlıb19.10.2026 - 08:59
Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olunub19.10.2026 - 08:53
124 ölkədən iştirakçılar bir araya gələcək19.10.2026 - 08:51
AMEA Beynəlxalq Türk Akademiyaları Birliyinə rəhbərlik edəcək19.10.2026 - 08:48
Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb19.10.2026 - 08:42
Sabah rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir19.10.2026 - 08:36
ABŞ və Özbəkistan arasında saziş imzalanıb19.10.2026 - 08:29
Dövlət İmtahan Mərkəzi “Təqvim planı”-nı təsdiq edilib19.10.2026 - 08:25
Azərbaycan Basketbol Liqası: III turun daha bir oyunu bu gün keçiriləcək19.10.2026 - 08:17
Minik avtomobili sürücüləri üçün test imtahanı keçiriləcək19.10.2026 - 08:05
Xəzərdə zəlzələ oldu19.10.2026 - 07:53
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi19.10.2026 - 07:43
Anar Bayramov səhiyyə naziri təyin edildi19.10.2026 - 07:36
Dünyada ölüm hallarını artıra biləcək amillərdən biri açıqlandı19.10.2026 - 07:30
Çində 200-dən çox uşağı qurğuşunla zəhərləyən bağça direktoru ömürlük həbs edildi19.10.2026 - 07:29
Atmosferdə karbon qazının artması çörəyin həcmini azalda bilər19.10.2026 - 07:25
Sahibkarlar "SİMA İmza" səlahiyyətini onlayn və müddətsiz ötürə bilərlər19.10.2026 - 07:20
Üzüm saplağının inanılmaz faydaları...19.10.2026 - 07:14
"Şagird-məzun" sistemi üzrə təqvim planı təsdiqləndi19.10.2026 - 07:10
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib19.10.2026 - 07:04
Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək19.10.2026 - 06:55
Azərbaycanda özəl məktəblərin yuxarı siniflərində şagird sayı 20 faizə yaxın artıb19.10.2026 - 06:50
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib18.10.2026 - 13:56
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib18.10.2026 - 12:21
Sabah 25 dərəcə isti olacaq18.10.2026 - 12:17
18 Oktyabr – Milli Dövlətçiliyimizin Yenidən Doğuluşu18.10.2026 - 09:43
Sərgiyə xüsusi avtobuslar ayrıldı17.10.2026 - 19:00