Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) yaradılmasının 30 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün ölkədə səfərdə olan beynəlxalq idman təşkilatlarının və xarici ölkələrin milli paralimpiya komitələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda olub.
"Tehsil365” Report-a istinadən xəbər verir ki, qurum rəhbərliyinin müşayiəti ilə baş tutan ziyarət zamanı qonaqlara İçərişəhərin zəngin tarixi, memarlıq irsi və Azərbaycanın milli-mədəni dəyərləri haqqında məlumat verilib.
Səfər çərçivəsində nümayəndələr qədim küçələr və tarixi memarlıq abidələri ilə yaxından tanış olaraq paytaxtın zəngin mədəni irsi haqqında ətraflı məlumat əldə ediblər.

