Təhsil 365 - Logo Mobile

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

7319.10.2026 - 11:05
ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli İstanbul Nişantaşı Universitetinin rektoru, professor Ayşegül Komşuoğlu Çıtıpıtıoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Tehsil365”"Report"-a istinadən xəbər verir ki, görüşdə iki universitet arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq akademik əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, eləcə də birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetin beynəlxalq əlaqələr strategiyası və bu istiqamətdə həyata keçirilən müxtəlif təşəbbüslər barədə məlumat verib. Professor Türk Dövlətləri Təşkilatının Türk Universitetləri Birliyi çərçivəsində həyata keçirilən "Orhun" mübadilə proqramının əhəmiyyətini xüsusi vurğulayaraq, akademik heyət və tələbə mübadiləsinin ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəni qeyd edib.

ATU-nun Türkiyənin 40-dan çox ali təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələrinin olduğunu da xatırladan rektor bu tərəfdaşlıqların təcrübə mübadiləsi və qarşılıqlı inkişaf baxımından əhəmiyyətinə diqqət çəkib.

Gəray Gəraybəyli İstanbul Nişantaşı Universiteti ilə əvvəlki əməkdaşlıq memorandumu üzrə müddətin artıq başa çatdığını, bununla belə tərəfdaşlığın yeni istiqamətlər üzrə davam etdirilməsinə müsbət yanaşıldığını da nəzərə çatdırıb. O, universitetlər arasında qabaqcıl təcrübənin paylaşılmasının, qarşılıqlı faydalı təşəbbüslərin reallaşdırılmasının və akademik əlaqələrin davamlı inkişafının vacibliyini vurğulayıb.

İstanbul Nişantaşı Universitetinin rektoru, professor Ayşegül Komşuoğlu Çıtıpıtıoğlu iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi üçün perspektivli istiqamətlərin mövcud olduğunu diqqətə çatdırıb. O, rəhbərlik etdiyi universitetin ATU ilə müxtəlif sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduğunu bildirib və birgə həyata keçirilə biləcək təşəbbüslər barədə fikirlərini bölüşüb.

Görüşdə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə təmsilçiliyinin universitetlərin inkişafına təsiri, akademik heyət və tələbələr arasında təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda tərəflər əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi məqsədilə yeni memorandumun istiqamətlərinin ətraflı müzakirə edilməsi və müvafiq razılıq əldə olunduqdan sonra imzalanması barədə razılığa gəliblər.

Fatimə Hümbətova

Xəbər Lenti

86 nəfərin IELTS imtahanının xərcləri qarşılanıb19.10.2026 - 12:53
BMU magistrantı Çində beynəlxalq konfransda məruzə ilə çıxış edib19.10.2026 - 12:50
Ramiz Mehdiyev AMEA-dan da çıxarılır19.10.2026 - 12:49
Taksi sürücüləri üçün test imtahanına 1578 nəfər qatılacaq19.10.2026 - 12:48
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb19.10.2026 - 12:43
İşğaldan azad olunmuş ərazilərdə 10 mindən çox abonent qazla təmin olunur19.10.2026 - 12:38
Pedro Sançes: Tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılıb19.10.2026 - 12:33
Məzahir Məmmədli:"Bizim ən böyük təhsilimizin problemi repetitorluq problemidir"19.10.2026 - 11:40
ABŞ-də keçirilən beynəlxalq olimpiadanın qalibi19.10.2026 - 11:19
Xaricdə təhsil alan 700-dən çox məzunun ölkədə işləməsi üçün işlər gedir19.10.2026 - 11:17
BMU BRAUIC beynəlxalq akademik konsorsiumuna üzv olub19.10.2026 - 11:14
Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb19.10.2026 - 11:12
Dövlət xaricdə təhsil alan gənclərdən nəticə gözləyir19.10.2026 - 11:10
"Şagird-məzun" sistemi üzrə təqvim planı təsdiqlənib19.10.2026 - 11:07
“Şəhidin səsi” proqramının növbəti buraxılışı Əmrah Əkbərovun xatirəsinə həsr olunacaq19.10.2026 - 09:41
Beynəlxalq nümayəndələr İçərişəhərdə olublar19.10.2026 - 09:35
Amerikada keçirilən Türk festivalında Azərbaycan təmsil olunub19.10.2026 - 09:30
Azərbaycanlı məktəbliləri maraqlı ixtira nümayiş ediblər19.10.2026 - 09:24
XII Bakı Beynəlxalq Kitab Sərgisinin yenilikləri haqqında məlumat verilib19.10.2026 - 09:20
Azərbaycan Ümumdünya Qadın Parlamentarilər Forumunda təmsil olunub19.10.2026 - 09:15
“Divanü lüğat-it-türk”ün unikal tərcüməsindən danışlıb19.10.2026 - 08:59
Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olunub19.10.2026 - 08:53
124 ölkədən iştirakçılar bir araya gələcək19.10.2026 - 08:51
AMEA Beynəlxalq Türk Akademiyaları Birliyinə rəhbərlik edəcək19.10.2026 - 08:48
Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb19.10.2026 - 08:42
Sabah rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir19.10.2026 - 08:36
ABŞ və Özbəkistan arasında saziş imzalanıb19.10.2026 - 08:29
Dövlət İmtahan Mərkəzi “Təqvim planı”-nı təsdiq edilib19.10.2026 - 08:25
Azərbaycan Basketbol Liqası: III turun daha bir oyunu bu gün keçiriləcək19.10.2026 - 08:17
Minik avtomobili sürücüləri üçün test imtahanı keçiriləcək19.10.2026 - 08:05
Xəzərdə zəlzələ oldu19.10.2026 - 07:53
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi19.10.2026 - 07:43
Anar Bayramov səhiyyə naziri təyin edildi19.10.2026 - 07:36
Dünyada ölüm hallarını artıra biləcək amillərdən biri açıqlandı19.10.2026 - 07:30
Çində 200-dən çox uşağı qurğuşunla zəhərləyən bağça direktoru ömürlük həbs edildi19.10.2026 - 07:29
Atmosferdə karbon qazının artması çörəyin həcmini azalda bilər19.10.2026 - 07:25
Sahibkarlar "SİMA İmza" səlahiyyətini onlayn və müddətsiz ötürə bilərlər19.10.2026 - 07:20
Üzüm saplağının inanılmaz faydaları...19.10.2026 - 07:14
"Şagird-məzun" sistemi üzrə təqvim planı təsdiqləndi19.10.2026 - 07:10
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib19.10.2026 - 07:04
Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək19.10.2026 - 06:55
Azərbaycanda özəl məktəblərin yuxarı siniflərində şagird sayı 20 faizə yaxın artıb19.10.2026 - 06:50
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib18.10.2026 - 13:56
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib18.10.2026 - 12:21
Sabah 25 dərəcə isti olacaq18.10.2026 - 12:17
18 Oktyabr – Milli Dövlətçiliyimizin Yenidən Doğuluşu18.10.2026 - 09:43
Sərgiyə xüsusi avtobuslar ayrıldı17.10.2026 - 19:00