Təhsil 365 - Logo Mobile

İngiltərədə mühəndislik təhsili aldı - İndi SOCAR və ya bp-də işləməyi düşünür

9319.10.2026 - 14:20
İngiltərədə mühəndislik təhsili aldı - İndi SOCAR və ya bp-də işləməyi düşünür

Bu gün xaricdə təhsil üzrə Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilir.

Həmin məzunlardan biri də İsmayıl Məsimovdur.

“Tehsil365” xəbər verir ki, “AzEdu.az” bu münasibətlə İsmayıl Məsimovla həmsöhbət olub və onun xaricdə təhsil təcrübəsi ilə bağlı fikirlərini öyrənib.

“Hazırda Advanced Control and Systems Engineering ixtisası üzrə vakansiyalarla maraqlanmaq üçün Dövlət Proqramının təşkil etdiyi karyera sərgisində iştirak edirəm. Bakalavr təhsilimi Bakı Ali Neft Məktəbində Proseslərin avtomatlaşdırılması ixtisası üzrə almışam. 2020-ci ildə 688 balla həmin ixtisasa qəbul olunmuşam.

Bakalavr təhsilimi başa vurduqdan sonra xaricdə təhsil imkanları ilə maraqlandım. Ən əlçatan və münasib imkan kimi Dövlət Proqramı qarşıma çıxdı və proqrama müraciət etdim. Proqramın dəstəyi ilə İngiltərənin Mançester Universitetində Advanced Control and Systems Engineering mühəndisliyi ixtisası üzrə birillik magistratura təhsilimi başa vurdum. Hazırda ölkəyə yeni qayıtmışam.

Dövlət Proqramının yaratdığı imkanlar sayəsində magistratura təhsilimə uyğunlaşmağım çox rahat oldu. Proqram həm maddi dəstək göstərdi, həm də digər tələbələrlə əlaqələr qurmağıma, yəni şəbəkələşməyə (networking) kömək etdi. Bu da həm dərslərə, həm də yeni mühitə uyğunlaşmağımı asanlaşdırdı. Çünki Azərbaycandan Dövlət Proqramını qazanan digər tələbələrlə əvvəlcədən ünsiyyətim var idi. Hətta onlardan biri ilə orada ortaq dostlarımız da oldu. Təhsil aldığım ixtisas üzrə universitetdə bir neçə azərbaycanlı tələbə də var idi. Bütün bu imkanlar sayəsində təhsilimi rahat şəkildə başa vurdum.

Gələcək karyeramı Azərbaycanda davam etdirmək və burada mövcud olan iş imkanlarını dəyərləndirmək istəyirəm. İlk növbədə mühəndislik sahəsində, xüsusilə də daha çox vakansiyanın olduğu neft-qaz sənayesində işləməyi düşünürəm. Hazırda bu sahədə həm yerli şirkətlərin, o cümlədən SOCAR-ın, həm də beynəlxalq şirkətlərin, məsələn, SLB və BP-nin vakansiyaları ilə maraqlanıram”.


Asyat Abdurahmanova

Xəbər Lenti

ADPU professoru Özbəkistanda səfərdə olub19.10.2026 - 18:55
ADPU-da nümunəvi dərs keçirildi19.10.2026 - 18:50
Plastikə ikinci həyat verildi19.10.2026 - 18:50
UNEC komandası birinci oldu19.10.2026 - 18:45
UNEC Məzununun uğuru19.10.2026 - 18:40
UNEC-də Zəfər həftəsi baş tutdu19.10.2026 - 18:35
ADNSU sərgiyə qatıldı19.10.2026 - 18:30
Məzunlar təcrübələrini bölüşdülər19.10.2026 - 18:27
ADNSU tələbələrinin Qazaxıstanda görüşü baş tutdu19.10.2026 - 18:25
Onlayn təlim keçirildi19.10.2026 - 18:20
Tələbələr laboratoriyada oldular19.10.2026 - 18:15
Adu-da tədbir baş tutdu19.10.2026 - 18:10
Fakültə peşəkar diplomatlar hazırlayır19.10.2026 - 18:05
Azərbaycanın təbiət turizmi beynəlxalq sənədli filmdə nümayiş etdirilib19.10.2026 - 18:00
Emin Əmrullayev: Qızlar oğlanları riyaziyyatda üstələyib19.10.2026 - 18:00
Ümumi təhsil müddəti 10 ilə endirilsin təklifi səsləndirilir19.10.2026 - 17:58
Azərkosmosun mühəndisləri yeni cihaz hazırlayıblar19.10.2026 - 17:53
Coğrafiyaçı-alimdən xəbərdarlıq: Dəyişkən hava şəraitində təbii hadisələr baş verə bilər19.10.2026 - 17:46
BMU tələbəsi Çində keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib19.10.2026 - 17:46
Musa Yaqubun “Gül bağçası” kitabı təqdim ediləcək19.10.2026 - 17:41
ADPU-nun Quba filialı Özbəkistan universitetləri ilə əməkdaşlığı genişləndirir19.10.2026 - 17:38
Qiyabi təhsil yığışdırılacaq?— Deputat Açıqladı19.10.2026 - 17:36
UNESCO üzrə Milli Komissiyanın Daimi Katibliyinin Baş katibi Elman Abdullayev BDU -da olub19.10.2026 - 17:31
Orhun Mübadilə Proqramı çərçivəsində Kokand Universitetinin nümayəndəsi LDU-da olub19.10.2026 - 17:26
“Xəzər”in əməkdaşı Birləşmiş Krallıqda keçirilən tədbirlərdə19.10.2026 - 17:22
Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib19.10.2026 - 17:22
"Şagird-məzun" sistemi üzrə təqvim planı təsdiqlənib19.10.2026 - 17:18
Qərbi Kaspi Universitetində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub19.10.2026 - 17:17
Qərbi Kaspi Universitetinin tələbəsi “Qarabağ Hakatonu 2026”nın qalibi olub.19.10.2026 - 17:10
Bakıda inklüziv təhsil imkanlarını genişləndirəcək yeni mərkəz yaradılıb19.10.2026 - 17:00
Bakıda İKT üzrə beynəlxalq konfrans keçirilib19.10.2026 - 16:45
AzTU Özbəkistanın 7 universiteti ilə əməkdaşlıq sənədləri imzalayıb19.10.2026 - 16:31
BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlıq sazişləri imzalayıb19.10.2026 - 16:11
Azərbaycanlı məktəblilər xalça ustalarına dəstək üçün “ağıllı” əlcək hazırlayıblar19.10.2026 - 15:13
Tanınmış aktyorun 50 illik yubileyi səhnədə qeyd olunub19.10.2026 - 15:07
“İçərişəhərdə “Timepavilion – Bakı 1919” immersiv muzeyi açılıb19.10.2026 - 15:02
Xivədə Lətif Kərimovun irsinə həsr olunmuş ustad dərsləri19.10.2026 - 15:00
Rüfət Mahmud: İçərişəhər sakinləri üçün muzeylərə ödənişsiz giriş günləri planlaşdırılır19.10.2026 - 14:57
Vahid İbrahimov: “Timepavilion” Azərbaycanın ilk immersiv muzeyidir19.10.2026 - 14:53
Şəhid Xudayar Yusifzadəyə həsr olunmuş mahnı-klip təqdim edilib19.10.2026 - 14:51
Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq19.10.2026 - 14:49
XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib19.10.2026 - 14:47
Kino Agentliyi: "44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq19.10.2026 - 14:44
Ankarada Nəsiminin yaradıcılıq irsinə həsr olunmuş simpozium keçirilib19.10.2026 - 14:36
Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub19.10.2026 - 14:30
STEAM İnnovasiya Mərkəzinə ekskursiya başlayıb19.10.2026 - 14:27
Çingiz Abdullayev: Uşaqların kitaba marağı ailədən başlayır19.10.2026 - 14:27
Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib19.10.2026 - 14:23