Təhsil 365 - Logo Mobile

Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib

9219.10.2026 - 14:23
Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib

Oktyabrın 19-da “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” məzunları üçün karyera sərgisi keçirilib. Sərgi Elm və Təhsil Nazirliyinin nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.

“Tehsil365” xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev və Dövlət Proqramı məzunları iştirak ediblər.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil alaraq qayıdan məzunların ölkəmizdəki inkişaf proseslərinə verdikləri töhfələrdən danışıb. Nazir müavini proqram çərçivəsində əldə olunan nəticələrin əhəmiyyətini vurğulayaraq məzunların ölkəmizin gələcəyinin qurulmasında mühüm rolunu diqqətə çatdırıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev çıxışı zamanı Dövlət Proqramının yeni məzunlarının Azərbaycanın əmək bazarına mühüm töhfələr verəcəklərinə inamını ifadə edib. Gənclərin əmək bazarına çxışının dəstəklənməsi üçün ardıcıl işlərin aparıldığını, tədbirin gənclər üçün öz bilik və bacarıqlarını işəgötürənlərə nümayiş etdirmək, yeni iş imkanları ilə tanış olmaq üçün şərait yaratdığını vurğulayıb.

Karyera sərgisində 40-dan çox dövlət və özəl qurumun 150-dən çox vakansiyası təqdim olunub. Məzunlar işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq CV-lərini təqdim etmək və karyera imkanları ilə tanış olublar.

Elm və Təhsil Nazirliyi, eləcə də Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da yarmarkada öz stendləri ilə təmsil olunub. Agentlik əməkdaşları tərəfindən işsiz və işaxtaran şəxslər üçün həyata keçirilən peşə kursları və müraciət qaydaları barədə məlumat verilib.

Qeyd edək ki, 2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində bu günədək 738 nəfər məzun statusu qazanıb.


Asyat Abdurahmanova

Xəbər Lenti

ADPU professoru Özbəkistanda səfərdə olub19.10.2026 - 18:55
Plastikə ikinci həyat verildi19.10.2026 - 18:50
ADPU-da nümunəvi dərs keçirildi19.10.2026 - 18:50
UNEC komandası birinci oldu19.10.2026 - 18:45
UNEC Məzununun uğuru19.10.2026 - 18:40
UNEC-də Zəfər həftəsi baş tutdu19.10.2026 - 18:35
ADNSU sərgiyə qatıldı19.10.2026 - 18:30
Məzunlar təcrübələrini bölüşdülər19.10.2026 - 18:27
ADNSU tələbələrinin Qazaxıstanda görüşü baş tutdu19.10.2026 - 18:25
Onlayn təlim keçirildi19.10.2026 - 18:20
Tələbələr laboratoriyada oldular19.10.2026 - 18:15
Adu-da tədbir baş tutdu19.10.2026 - 18:10
Fakültə peşəkar diplomatlar hazırlayır19.10.2026 - 18:05
Emin Əmrullayev: Qızlar oğlanları riyaziyyatda üstələyib19.10.2026 - 18:00
Azərbaycanın təbiət turizmi beynəlxalq sənədli filmdə nümayiş etdirilib19.10.2026 - 18:00
Ümumi təhsil müddəti 10 ilə endirilsin təklifi səsləndirilir19.10.2026 - 17:58
Azərkosmosun mühəndisləri yeni cihaz hazırlayıblar19.10.2026 - 17:53
BMU tələbəsi Çində keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib19.10.2026 - 17:46
Coğrafiyaçı-alimdən xəbərdarlıq: Dəyişkən hava şəraitində təbii hadisələr baş verə bilər19.10.2026 - 17:46
Musa Yaqubun “Gül bağçası” kitabı təqdim ediləcək19.10.2026 - 17:41
ADPU-nun Quba filialı Özbəkistan universitetləri ilə əməkdaşlığı genişləndirir19.10.2026 - 17:38
Qiyabi təhsil yığışdırılacaq?— Deputat Açıqladı19.10.2026 - 17:36
UNESCO üzrə Milli Komissiyanın Daimi Katibliyinin Baş katibi Elman Abdullayev BDU -da olub19.10.2026 - 17:31
Orhun Mübadilə Proqramı çərçivəsində Kokand Universitetinin nümayəndəsi LDU-da olub19.10.2026 - 17:26
Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib19.10.2026 - 17:22
“Xəzər”in əməkdaşı Birləşmiş Krallıqda keçirilən tədbirlərdə19.10.2026 - 17:22
"Şagird-məzun" sistemi üzrə təqvim planı təsdiqlənib19.10.2026 - 17:18
Qərbi Kaspi Universitetində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub19.10.2026 - 17:17
Qərbi Kaspi Universitetinin tələbəsi “Qarabağ Hakatonu 2026”nın qalibi olub.19.10.2026 - 17:10
Bakıda inklüziv təhsil imkanlarını genişləndirəcək yeni mərkəz yaradılıb19.10.2026 - 17:00
Bakıda İKT üzrə beynəlxalq konfrans keçirilib19.10.2026 - 16:45
AzTU Özbəkistanın 7 universiteti ilə əməkdaşlıq sənədləri imzalayıb19.10.2026 - 16:31
BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlıq sazişləri imzalayıb19.10.2026 - 16:11
Azərbaycanlı məktəblilər xalça ustalarına dəstək üçün “ağıllı” əlcək hazırlayıblar19.10.2026 - 15:13
Tanınmış aktyorun 50 illik yubileyi səhnədə qeyd olunub19.10.2026 - 15:07
“İçərişəhərdə “Timepavilion – Bakı 1919” immersiv muzeyi açılıb19.10.2026 - 15:02
Xivədə Lətif Kərimovun irsinə həsr olunmuş ustad dərsləri19.10.2026 - 15:00
Rüfət Mahmud: İçərişəhər sakinləri üçün muzeylərə ödənişsiz giriş günləri planlaşdırılır19.10.2026 - 14:57
Vahid İbrahimov: “Timepavilion” Azərbaycanın ilk immersiv muzeyidir19.10.2026 - 14:53
Şəhid Xudayar Yusifzadəyə həsr olunmuş mahnı-klip təqdim edilib19.10.2026 - 14:51
Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq19.10.2026 - 14:49
XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib19.10.2026 - 14:47
Kino Agentliyi: "44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq19.10.2026 - 14:44
Ankarada Nəsiminin yaradıcılıq irsinə həsr olunmuş simpozium keçirilib19.10.2026 - 14:36
Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub19.10.2026 - 14:30
STEAM İnnovasiya Mərkəzinə ekskursiya başlayıb19.10.2026 - 14:27
Çingiz Abdullayev: Uşaqların kitaba marağı ailədən başlayır19.10.2026 - 14:27