Təhsil 365 - Logo Mobile

Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub

9819.10.2026 - 14:30
Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub

Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, SOCAR Midstream Gas Operations və Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşlarının maliyyə dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin icraçılığı ilə həyata keçirilən “SkillBridge – İnklüziv məşğulluq üçün İnklüziv təhsil” layihəsi çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində İnklüziv Təlim və Tədris Mərkəzi yaradılıb.

“Tehsil365” xəbər verir ki, mərkəzin açılış mərasimində Alyona Əliyeva, həmçinin dövlət qurumlarının, layihə tərəfdaşlarının, təhsil və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Bildirilib ki, yeni mərkəzin yaradılmasında əsas məqsəd sağlamlıq imkanları məhdud, əlillik və neyromüxtəlifliyi olan şəxslərin peşə bacarıqlarının inkişafına, onların əmək bazarına inteqrasiyasına və dayanıqlı məşğulluq imkanlarının genişləndirilməsinə dəstək göstərməkdir.

Layihə çərçivəsində mərkəzdə dörd emalatxana avadanlıqlarla təchiz edilib və inklüziv təhsil mühitinin formalaşdırılması istiqamətində tədris infrastrukturunun təkmilləşdirilməsinə dair işlər görülüb.

Mərkəzdə “qrafik dizayn”, “veb dizayn və proqram təminatı”, “interyer və eksteryerin bədii tərtibatı”, “ağac nəqqaşlığı”, eləcə də “qida və qeyri-qida mallarının satıcısı, nəzarətçi-xəzinədar” ixtisasları üzrə təlimlərin təşkili nəzərdə tutulur. Bununla yanaşı, “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində avadanlıqlarla təchiz edilmiş 1 emalatxanada neyromüxtəlifliyi olan gənclər üçün “qənnadçı-şirniyyatçı”, “barista” və “kargüzarlıq” peşə istiqamətləri üzrə praktik əsaslı təlimlər təşkil olunur.

“SkillBridge” layihəsi çərçivəsində ümumilikdə 200 nəfərin qiymətləndirilməsi, 100 nəfərin təlim proqramlarına cəlb olunması və ən azı 60 nəfərin məşğulluğunun təmin edilməsi hədəflənir. Eyni zamanda, iş mühitində dəstək mexanizmlərinin inkişaf etdirilməsi və inklüziv məşğulluqla bağlı ictimai məlumatlılığın artırılması istiqamətində tədbirlər həyata keçiriləcək.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşmasını, təhsil imkanlarının əlçatanlığının artırılmasını və hər bir şəxsin bacarıqlarına uyğun peşə əldə edərək məşğulluğunun təmin edilməsini prioritet istiqamət kimi hədəfləyir.

Açılış mərasimində çıxış edən Elm və təhsil nazirinin muavini Firudin Qurbanov bildirib ki, bütün uşaqların təhsil alması üçün imkan yaradılmalıdır. İnklüziv təhsil sahəsində fiziki məhdudiyyətlər aradan qaldırılmalı, müvafiq şərait yaradılmalıdır: "Əsas məsələ diplom almaq deyil, məzunların inklüziv əmək bazarında iştirakına və işlə təmin olunmasına imkan yaratmaqdır".

SOCAR Midstream Gas Operations MMC-nin icraçı direktoru Polad Rüstəmov bildirib ki, məqsəd yalnız bir məkanın açılması deyil, yeni imkanların yaradılmasıdır.

O qeyd edib ki, inklüzivlik, ilk növbədə, insanlar üçün bərabər imkanların yaradılması deməkdir: "Bu, həmin istiqamətdə ilk addımdır. İnklüziv təhsil və inklüziv məşğulluq bir-birindən ayrı düşünülə bilməz".

Onun sözlərinə görə, bu təşəbbüs gənclərin özünəinamının artırılmasına və potensiallarının reallaşdırılmasına xidmət edir. Fərqli imkanlara malik şəxslərin təhsil alması, bacarıqlar qazanması və əmək bazarına inteqrasiyası üçün şərait yaradılmalıdır.

Sonda qonaqlar Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində İnklüziv Təlim və Tədris Mərkəzi ilə tanış olublar.

Qeyd edək ki, “SkillBridge” layihəsi peşə təhsili ilə məşğulluq arasında keçidin gücləndirilməsinə, sosial inklüzivliyin təşviqinə və bərabər imkanlara əsaslanan əmək bazarının inkişafına töhfə verir.

Asyat Abdurahmanova

Xəbər Lenti

ADNSU sərgiyə qatıldı19.10.2026 - 18:30
Məzunlar təcrübələrini bölüşdülər19.10.2026 - 18:27
ADNSU tələbələrinin Qazaxıstanda görüşü baş tutdu19.10.2026 - 18:25
Onlayn təlim keçirildi19.10.2026 - 18:20
Tələbələr laboratoriyada oldular19.10.2026 - 18:15
Adu-da tədbir baş tutdu19.10.2026 - 18:10
Fakültə peşəkar diplomatlar hazırlayır19.10.2026 - 18:05
Emin Əmrullayev: Qızlar oğlanları riyaziyyatda üstələyib19.10.2026 - 18:00
Azərbaycanın təbiət turizmi beynəlxalq sənədli filmdə nümayiş etdirilib19.10.2026 - 18:00
Ümumi təhsil müddəti 10 ilə endirilsin təklifi səsləndirilir19.10.2026 - 17:58
Azərkosmosun mühəndisləri yeni cihaz hazırlayıblar19.10.2026 - 17:53
Coğrafiyaçı-alimdən xəbərdarlıq: Dəyişkən hava şəraitində təbii hadisələr baş verə bilər19.10.2026 - 17:46
BMU tələbəsi Çində keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib19.10.2026 - 17:46
Musa Yaqubun “Gül bağçası” kitabı təqdim ediləcək19.10.2026 - 17:41
ADPU-nun Quba filialı Özbəkistan universitetləri ilə əməkdaşlığı genişləndirir19.10.2026 - 17:38
Qiyabi təhsil yığışdırılacaq?— Deputat Açıqladı19.10.2026 - 17:36
UNESCO üzrə Milli Komissiyanın Daimi Katibliyinin Baş katibi Elman Abdullayev BDU -da olub19.10.2026 - 17:31
Orhun Mübadilə Proqramı çərçivəsində Kokand Universitetinin nümayəndəsi LDU-da olub19.10.2026 - 17:26
Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib19.10.2026 - 17:22
“Xəzər”in əməkdaşı Birləşmiş Krallıqda keçirilən tədbirlərdə19.10.2026 - 17:22
"Şagird-məzun" sistemi üzrə təqvim planı təsdiqlənib19.10.2026 - 17:18
Qərbi Kaspi Universitetində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub19.10.2026 - 17:17
Qərbi Kaspi Universitetinin tələbəsi “Qarabağ Hakatonu 2026”nın qalibi olub.19.10.2026 - 17:10
Bakıda inklüziv təhsil imkanlarını genişləndirəcək yeni mərkəz yaradılıb19.10.2026 - 17:00
Bakıda İKT üzrə beynəlxalq konfrans keçirilib19.10.2026 - 16:45
AzTU Özbəkistanın 7 universiteti ilə əməkdaşlıq sənədləri imzalayıb19.10.2026 - 16:31
BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlıq sazişləri imzalayıb19.10.2026 - 16:11
Azərbaycanlı məktəblilər xalça ustalarına dəstək üçün “ağıllı” əlcək hazırlayıblar19.10.2026 - 15:13
Tanınmış aktyorun 50 illik yubileyi səhnədə qeyd olunub19.10.2026 - 15:07
“İçərişəhərdə “Timepavilion – Bakı 1919” immersiv muzeyi açılıb19.10.2026 - 15:02
Xivədə Lətif Kərimovun irsinə həsr olunmuş ustad dərsləri19.10.2026 - 15:00
Rüfət Mahmud: İçərişəhər sakinləri üçün muzeylərə ödənişsiz giriş günləri planlaşdırılır19.10.2026 - 14:57
Vahid İbrahimov: “Timepavilion” Azərbaycanın ilk immersiv muzeyidir19.10.2026 - 14:53
Şəhid Xudayar Yusifzadəyə həsr olunmuş mahnı-klip təqdim edilib19.10.2026 - 14:51
Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq19.10.2026 - 14:49
XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib19.10.2026 - 14:47
Kino Agentliyi: "44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq19.10.2026 - 14:44
Ankarada Nəsiminin yaradıcılıq irsinə həsr olunmuş simpozium keçirilib19.10.2026 - 14:36
STEAM İnnovasiya Mərkəzinə ekskursiya başlayıb19.10.2026 - 14:27
Çingiz Abdullayev: Uşaqların kitaba marağı ailədən başlayır19.10.2026 - 14:27
Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib19.10.2026 - 14:23
İngiltərədə mühəndislik təhsili aldı - İndi SOCAR və ya bp-də işləməyi düşünür19.10.2026 - 14:20
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib19.10.2026 - 14:16
Azərbaycanda daha bir zəlzələ oldu19.10.2026 - 13:54
Dövlət Proqramı ilə xaricdə təhsil alan 700-dən çox məzun var19.10.2026 - 13:50
Sabah rayonlara yağış yağacaq19.10.2026 - 13:48
Bu marşrutun son dayanacaq məntəqəsi müvəqqəti dəyişdirilir19.10.2026 - 13:44