Təhsil 365 - Logo Mobile

Vahid İbrahimov: “Timepavilion” Azərbaycanın ilk immersiv muzeyidir

9619.10.2026 - 14:53
Vahid İbrahimov: “Timepavilion” Azərbaycanın ilk immersiv muzeyidir

“Timepavilion” keçmişə səyahət konsepsiyası əsasında yaradılmış Azərbaycanın ilk immersiv muzeyidir. Layihə üzərində komandamızla birlikdə iki ilə yaxın çalışmışıq. Qarşılaşdığımız əsas çətinliklərdən biri 1919-cu ilin Bakısını tarixi reallıqlara uyğun şəkildə canlandırmaq olub. Bunun üçün həmin dövrə aid tarixi faktları, fotoşəkilləri və digər arxiv materiallarını ətraflı araşdırmış, şəhərin küçələrini, binalarını və ümumi ab-havasını mümkün qədər dəqiq əks etdirməyə çalışmışıq.

“Tehsil365” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında muzeyin təsisçisi Vahid İbrahimov bildirib.

Onun sözlərinə görə, layihənin ilkin konsepsiyası daha da genişləndirilərək yalnız virtual reallıq (VR) texnologiyaları ilə məhdudlaşdırılmayıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə layihənin əhatə dairəsini genişləndirmişik. Muzeyin digər otaqlarında ziyarətçilərə həmin dövrün mətbuat tarixi, neft sənayesi və şəhərin ictimai həyatı haqqında da məlumatlar təqdim olunur. Məqsədimiz 1919-cu ilin Bakısını bütün xüsusiyyətləri ilə ziyarətçilərə tanıtmaqdır”, – deyə o vurğulayıb.

V.İbrahimov qeyd edib ki, hazırda istifadəyə verilən muzey layihənin yalnız ilk mərhələsidir. Növbəti pavilyonun açılışı isə gələn ilin ortalarına planlaşdırılır.

“Yeni pavilyon eyni ərazidə, mövcud muzeyin aşağı mərtəbəsində yerləşəcək və hazırkı ekspozisiyanın davamı olacaq. Birinci mərhələdə ziyarətçilərə 1919-cu ilin Bakısı haqqında ümumi tarixi məlumatlar təqdim edilir. Növbəti pavilyonda isə onlar sanki həmin dövrün şəhər həyatının birbaşa iştirakçısına çevriləcəklər. Ziyarətçilər otaqdan-otağa keçərək o dövrdə Bakı sakinlərinin gündəlik həyatını, yaşayış tərzini və şəhər mühitini daha yaxından tanımaq imkanı əldə edəcəklər. Əsas məqsədimiz insanlara tarixi yalnız izləmək deyil, həm də onu interaktiv şəkildə yaşamaq imkanı yaratmaqdır”, – deyə muzeyin təsisçisi əlavə edib.

Asyat Abdurahmanova

Xəbər Lenti

ADPU professoru Özbəkistanda səfərdə olub19.10.2026 - 18:55
Plastikə ikinci həyat verildi19.10.2026 - 18:50
ADPU-da nümunəvi dərs keçirildi19.10.2026 - 18:50
UNEC komandası birinci oldu19.10.2026 - 18:45
UNEC Məzununun uğuru19.10.2026 - 18:40
UNEC-də Zəfər həftəsi baş tutdu19.10.2026 - 18:35
ADNSU sərgiyə qatıldı19.10.2026 - 18:30
Məzunlar təcrübələrini bölüşdülər19.10.2026 - 18:27
ADNSU tələbələrinin Qazaxıstanda görüşü baş tutdu19.10.2026 - 18:25
Onlayn təlim keçirildi19.10.2026 - 18:20
Tələbələr laboratoriyada oldular19.10.2026 - 18:15
Adu-da tədbir baş tutdu19.10.2026 - 18:10
Fakültə peşəkar diplomatlar hazırlayır19.10.2026 - 18:05
Azərbaycanın təbiət turizmi beynəlxalq sənədli filmdə nümayiş etdirilib19.10.2026 - 18:00
Emin Əmrullayev: Qızlar oğlanları riyaziyyatda üstələyib19.10.2026 - 18:00
Ümumi təhsil müddəti 10 ilə endirilsin təklifi səsləndirilir19.10.2026 - 17:58
Azərkosmosun mühəndisləri yeni cihaz hazırlayıblar19.10.2026 - 17:53
BMU tələbəsi Çində keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib19.10.2026 - 17:46
Coğrafiyaçı-alimdən xəbərdarlıq: Dəyişkən hava şəraitində təbii hadisələr baş verə bilər19.10.2026 - 17:46
Musa Yaqubun “Gül bağçası” kitabı təqdim ediləcək19.10.2026 - 17:41
ADPU-nun Quba filialı Özbəkistan universitetləri ilə əməkdaşlığı genişləndirir19.10.2026 - 17:38
Qiyabi təhsil yığışdırılacaq?— Deputat Açıqladı19.10.2026 - 17:36
UNESCO üzrə Milli Komissiyanın Daimi Katibliyinin Baş katibi Elman Abdullayev BDU -da olub19.10.2026 - 17:31
Orhun Mübadilə Proqramı çərçivəsində Kokand Universitetinin nümayəndəsi LDU-da olub19.10.2026 - 17:26
Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib19.10.2026 - 17:22
“Xəzər”in əməkdaşı Birləşmiş Krallıqda keçirilən tədbirlərdə19.10.2026 - 17:22
"Şagird-məzun" sistemi üzrə təqvim planı təsdiqlənib19.10.2026 - 17:18
Qərbi Kaspi Universitetində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub19.10.2026 - 17:17
Qərbi Kaspi Universitetinin tələbəsi “Qarabağ Hakatonu 2026”nın qalibi olub.19.10.2026 - 17:10
Bakıda inklüziv təhsil imkanlarını genişləndirəcək yeni mərkəz yaradılıb19.10.2026 - 17:00
Bakıda İKT üzrə beynəlxalq konfrans keçirilib19.10.2026 - 16:45
AzTU Özbəkistanın 7 universiteti ilə əməkdaşlıq sənədləri imzalayıb19.10.2026 - 16:31
BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlıq sazişləri imzalayıb19.10.2026 - 16:11
Azərbaycanlı məktəblilər xalça ustalarına dəstək üçün “ağıllı” əlcək hazırlayıblar19.10.2026 - 15:13
Tanınmış aktyorun 50 illik yubileyi səhnədə qeyd olunub19.10.2026 - 15:07
“İçərişəhərdə “Timepavilion – Bakı 1919” immersiv muzeyi açılıb19.10.2026 - 15:02
Xivədə Lətif Kərimovun irsinə həsr olunmuş ustad dərsləri19.10.2026 - 15:00
Rüfət Mahmud: İçərişəhər sakinləri üçün muzeylərə ödənişsiz giriş günləri planlaşdırılır19.10.2026 - 14:57
Şəhid Xudayar Yusifzadəyə həsr olunmuş mahnı-klip təqdim edilib19.10.2026 - 14:51
Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq19.10.2026 - 14:49
XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib19.10.2026 - 14:47
Kino Agentliyi: "44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq19.10.2026 - 14:44
Ankarada Nəsiminin yaradıcılıq irsinə həsr olunmuş simpozium keçirilib19.10.2026 - 14:36
Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub19.10.2026 - 14:30
STEAM İnnovasiya Mərkəzinə ekskursiya başlayıb19.10.2026 - 14:27
Çingiz Abdullayev: Uşaqların kitaba marağı ailədən başlayır19.10.2026 - 14:27
Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib19.10.2026 - 14:23