“Bakı Dövlət Universiteti (BDU) Özbəkistanın doqquz ali təhsil müəssisəsi ilə əməkdaşlıq sazişləri imzalayıb”.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, sənədlər oktyabrın 16-da Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə keçirilən Azərbaycan–Özbəkistan ali təhsil tərəfdaşlığı üzrə II Rektorlar Forumu çərçivəsində imzalanıb.
Əməkdaşlıq sazişləri akademik mübadilənin genişləndirilməsini, birgə elmi tədqiqatların aparılmasını, təhsil proqramlarının və elmi tədbirlərin təşkilini nəzərdə tutur.
Bundan əlavə, BDU ilə Fərqanə Dövlət Universiteti arasında 2026–2027-ci illəri əhatə edən fəaliyyət planı imzalanıb. Planda tələbə və müəllim mübadiləsi, birgə tədqiqatlar, ikili diplom imkanları və beynəlxalq qrant layihələri üzrə əməkdaşlıq məsələləri yer alıb.

