“Bakıda İnformasiya və Kommunikasiya Texnologiyalarının (İKT) Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransının açılış mərasimi keçirilib”.
“Tehsil365” xəbər verir ki, tədbir ADA Universitetində təşkil olunub. AICT2026 adlanan konfransın əsas məqsədi informasiya və kommunikasiya texnologiyaları sahəsində bilik mübadiləsini təşviq etmək, alimləri, akademikləri və sənaye nümayəndələrini bir araya gətirməkdir.
Konfrans ADA Universiteti, IEEE-nin Azərbaycandakı müvafiq bölmələri və bir sıra xarici ali təhsil və elmi müəssisələrin birgə təşkilatçılığı ilə keçirilib. Təşkilatçılar arasında Turin Politexnik Universiteti, Corc Vaşinqton Universiteti, Nazarbayev Universiteti və digər beynəlxalq qurumlar yer alıb.
Tədbir “Elmi, texnologiyanı və cəmiyyəti birləşdirən 20 il” şüarı altında təşkil olunub. Konfrans çərçivəsində müasir texnoloji yeniliklərin müzakirəsi və beynəlxalq elmi əlaqələrin inkişafı nəzərdə tutulub.

