“Bakıda xüsusi təhsil ehtiyacları olan şəxslərin təlim və peşə hazırlığı imkanlarının genişləndirilməsi məqsədilə İnklüziv Təlim və Təhsil Mərkəzi yaradılıb”.
“Tehsil365” xəbər verir ki, mərkəz Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərəcək. Yeni təşəbbüs xüsusi təhsil ehtiyacları olan şəxslərin təhsil prosesində iştirakını dəstəkləmək və onların gələcək məşğulluq imkanlarını artırmaq məqsədi daşıyır.
Mərkəz “SkillBridge – İnklüziv təhsil vasitəsilə inklüziv məşğulluq” layihəsi çərçivəsində yaradılıb. Layihə Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, SOCAR Midstream Gas Operations və Cənubi Qafqaz Boru Kəmərinin tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icraçısı “Birgə və Sağlam” İctimai Birliyidir.
İnklüziv təhsilin inkişafı xüsusi təhsil ehtiyacları olan şəxslərin bilik və bacarıqlarının artırılması, onların cəmiyyətə inteqrasiyası və əmək bazarında iştirakının dəstəklənməsi baxımından əhəmiyyət daşıyır.

